warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Yardımlıdakı meşə yanğını hələ söndürülməyib Adalet.az | Yardımlıdakı meşə yanğını hələ söndürülməyib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Yardımlıdakı meşə yanğını hələ söndürülməyib

4243    |   2018-07-06 10:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 5-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bildirib.


Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.


Havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır. Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da yanğın söndürülmə işləri davam etdirilir.


ETSN Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə dərin minnətdarlıq bildirir, eyni zamanda rayon icra hakimiyyəti, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinlərinin yanğının söndürülməsinə yaxından köməkliyini xüsusi vurğulayır.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir.




İmza:
SON XƏBƏRLƏR
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK