ANA SƏHİFƏ / İDMAN

Ronaldo qarşıdakı saatlarda "Yuventus"a keçəcək - İlin transferi reallaşır

3451    |   2018-07-06 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yuventus” Kriştianu Ronaldonun transferini mümkün qədər tez rəsmiləşdirmək istəyir.

Qol.az-ın "SportMediaset”ə istinadən yaydığı xəbərə görə, bu gün klub rəhbərliyinin təcili toplantısı keçirilib. İclasda tətildən vaxtından tez qayıdan baş məşqçi Massimiliano Alleqri də iştirak edib.

Toplantıda Ronaldonun transferi əsas müzakirə mövzusu olub. İclas başa çatdıqdan sonra Turin klubunun baş direktoru Cuzeppe Marotta və idman direktoru Fabio Paratiçi təcili surətdə Madridə yollanıblar.

Qarşıdakı saatlarda 2 klub arasında razılıq əldə olunacağı gözlənilir. Şənbə günü "Yuventus”un Ronaldonun təqdimetmə mərasimini keçirəcəyi ehtimal edilir.

Qeyd edək ki, "Yuventus” Ronaldo üçün 100 milyon avro xərcləyəcək. Portuqaliyalı ulduzun yeni klubundakı illik maaşı isə 30 milyon avro təşkil edəcək.


İmza:
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK