ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MAYORUN İŞ GÜNLƏRİ

2187    |   2018-07-05 23:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Povestdən bir parça

Tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mayorun iş günləri" povestində polis işçilərinin cinayətkarlığa qarşı mübarizə fəaliyyətindən bəhs edilir.
Povestdə polis sahə müvəkkili Bəşir öz fəaliyyəti ilə maraq doğurur, polis şərəfini qorumağa çalışır, andına sadiqdir. Çoxları bu səbəbdən onu özünə yaxın, doğma bilir.
Oxucu bir daha əmin olur ki, açılmayan cinayət işi yoxdur. Yersiz hərəkətlər bağışlanmır. Bir sözlə "oğurluq həmişə əlcəklə başlayıb qandalla qurtarır".

(əvvəli ötən saylarımızda)


ÇƏTİN SUAL

(III fəsil)

Dini idarə ilə Komitənin rayonda tədbir keçirməsi səbəbsiz deyildi. Saqqallıların sayı günü-gündən bu rayonda artmaqda idi. İcra Hakimiyyətində olanda da bu barədə söhbət getdi. Şeyx belə şeyləri xoşlayan adam deyildi. Komitə sədri də ziyalı, mədəni adam idi. Müasirliyə, Avropa dəyərlərinə üstünlük verərdi.
İcar hakimiyyətində olanda, yüngül çay süfrəsinin arxasında olanda da başçı öz narazılığını bidlirdi:
-Çox ağır, narahat rayondu.
Şeyx gülümsədi:
-Elə biliblər ki, sizi bura göndəriblər də.
Komitə sədri də gülümsədi:
-Əlbəttə ki...
Bu ərazidən olan millət vəkili ürəkdən güldü:
-Tamamilə doğrudur. Başçı qısa vaxtda özünü göstərə bildi. Düzdü, biz az yol, asfalt məsələsi onun qanını qaraltdı. Söküntü, töküntü, toz-torpaq bir müddət xoşagəlməzlik, narahatlıq yaratdı. Bu da üzürlü səbən idi də. Başa düşənlər ondan inciməzdi.
-Düzdür...
-Rayon mərkəzində yeni park saldırdı. Gül-çiçək əkdirdi. Qazon otları da öz yerində. Görürsüz də, icra hakimiyyətinə gələndə adamın gözlərini oxşayır. Elə bil ki, hansısa yaşıl vadiyə düşmüsən.
Şeyx yenə gülümsədi:
-Bəli... Yaşıllıq, yaşıl rəng islamı simvolizə edir, islam övladının sevdiyi rəngdir.
-Birz müsaəlmanlar beləyik də... Əkib-becərmək qanımızdadı.
Pürrəngi çay içəndən sonra söhbət bugünkü tədbirin plan-proqramında düşdü, Şeyx dedi:
-Mən elə bir az danışacağam. Söz sizindir.
Komitə sədri fikirli halda dilləndi:
-Niyə ki... Sözünüz varsa deyərsiniz.
Millət vəkili yenə də gülümsədi:
-Bu barədə narahat olmayın. Burada söz deməyə, danışmağa meyli olanlar çoxdur. O qədər sorğu-sual edəcəklər ki, sizin heç danışmağa imkanınız olmayacaq.
Başçı sözünü dedi:
-Hə... Bir yana baxanda elə düzünü deyir. Bir az ehtiyatlı olmaq lazımdı.
Şeyx gülümsədi:
-Sual verərlər, cavablarını alarlar.
Dini işlər üzrə Dövlət Komitəsinin sədri eynəyinin üstündən diqqət-lə onlara tərəf baxdı:
-Şeyx burada olduğu halda biz nə söz deyəcəyik.
Başçı söhbətə müdaxilə etdi:
-Belə yığıncaqlar həmişə keçirilmir. Gəlmisiniz də... Tez-tələsiklik olmasın. Hər üçünüz sözünüzü deyin. Millət vəkilimiz də son vaxtlar görünmür.
Deputat o an dilləndi:
-Guya bilmirsiniz? Bir az xəstələnmişdim də...
Söhbətin yeri olmasa da şeyx gileyləndi:
-Sizin o başçı yenə də lap ağ elədi ha. Torpağı Dini qurumlar üçün almışıq da, özümüz üçün yox ki.
Millət vəkili pərt halda dilləndi:
-Hə, onu düz eləmədi... Birbaşa Prezidentin iştirak etdiyi tədbirdə dedi. Elə bu da...
-Özü də orada nə torpaq var ki... yeddi yüz, ya min...
Pıçıltılar eşidildi:
-Ə, yoxsa yeddi yüz min?...
-Yetim-yesirin torpağıdı da...
-Şeyx yamanca qapazlayıb...
Şeyx incik halda dilləndi:
-Xoşagəlməz söhbətlər elə buradan da eşidilir.
Pirin pulunu biz mənimsəmirik ki. Allah yolunda sərf olunur. Xeyriyyə işlərinə, tədbirlərinə...
-Əlbəttə ki...
Başçı məsələni böyütməyib, getmək vaxtı olduğunu bildirdi:
-Camaat toplaşıb.
-Harada? İcranın zalında?
-Yox, bura çox kiçik, dar olar. Mərkəzdə... Mədəniyyət sarayının zalında.
-İsti olmayacaq ki?
-Yox... Sərinkeşlər var.
Mədəniyyət sarayının zalı həqiqətən də adamla dolu idi. Burada cəmiyyətin hər təbəqəsindən olan adamlara təsadüf edilirdi.
Başçı qonaqları onları təqdim edərək onları salamladı, "xoş gəlmisiniz" dedi:
-Cənab Şeyxi sizə genişliyi ilə təqdim etməyə ehtiyac yoxdur. Nəinki Qafqazda, keçmiş podsovet məkanında, xüsusilə müsəlman dünyasında onu yaxşı tanıyırlar...
Səslər eşidildi:
-Ərəb ölkələrində...
-Yaxın Şərqdə...
-Elə Avropada da...
Şeyx bütün bu sözlərə, replikalara səmimi gülümsəməklə, başı ilə təzim etməklə cavab verdi.
Başçı özünən razı halda indi də Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədrini təqdim etdi:
-Komitə sədri də onun kimi... Bütün dünyada tanınır. Yaxşı, işgüzar, öz işinin adını bilən bir adam kimi.
Yenə də səslər eşidildi:
-Bəli...
-Həm də şairdi...
-Publisistdi...
Komitə sədri də onların bu cənfəşanlığına gülümsər halda baxışları ilə cavab verdi, dilləndi:
-Çox sağ olun.
Başçı bir anlıq ötəri olaraq millət vəkilinə tərəf baxdı. Sanki ondan soruşdu, səni təqdim etməyə ehtiyac var, ya yox? deputat başının hərəkəti, gülümsər baxışları ilə ona sanki "de gəlsin" dedi. Başçı bildirdi:
-Bir də hörmətli millət vəkilimiz bu tədbirdə iştirak edir. Onu ki tanıyırsınız.
Bu dəfə daha ucadan deyilən sözlər, səslər eşidildi:
-A tövbə!
-Söz verib, aradan çıxdı...
-Belə də millət vəkili olar?... Şeyxə söz verilməsi ilə ara sakitləşdi. Şeyx müsəlman üçün əsas olan məsələlərdən danışırdı:
-Bismillah... Əlbəttə ki, hamımız bir olan Allahımızı tanımalı, ona, iman gətirməliyik. Gündə beş dəfə namaz qılmağımız, ildə otuz günlük oruc tutmağımız da öz yerində...
Səslər eşidildi:
-Ramazan ayında...
-Xəstələr də?
-Güzəşt var da...
Şeyx müsəlmançılığın əsas məsələlərindən beləcə xeyli danışdı. Həm də göstərdi ki, bu beş şərtin üçü hamı üçündü, ikisi əsasən varlılar, imkanı olanlar üçündür...
Yenə də səslər, pıçıltılar eşidildi:
-Həcc ziyarəti...
-Fitrə, zəkat...
-İmkanı olanlar üçündü də...
Şeyx beləcə ümumi məsələlərdən danışıb, sonra da sual-cavaba keçdi. Heç kim gözləmirdi ki, Şeyxə sual verən tapılar. Hamının lotu oğlan kimi tanıdığı Şirbala əlini qaldırdı... Sonra da yerindən qalxaraq mühüm məsələni həll edirmiş kimi dedi:
-Hörmətli Şeyx həzrətləri! Bu sualı verməyə özüm də sıxılıram. Ola bilsin başçıya, burada oturanlara da xoş gəlməyəcək. Dövlət səviyyəsində də ərz olunur ki, biz bir tolirant dövlətik. Necə ola bilər ki, başqalarını dostluğa, qardaşlığa, birliyə dəvət edirik... Ancaq özümüzdə, öz məclislərimizdə ayrı-seçkilik, ikitirəlik...
Bir dəstə birəlli, digər dəstə ikiəlli dua edir, salavaty çevirir...
Onu qınayan səslər eşidildi:
-Uzatma, sözünü de qurtar da...
-Məhzəb məsələsinə toxunur da...
-Şiə-sünni məsələsinə...
Şeyx yazıq neyləsin buna? Dədə babadan qalmış mirasıdı da bu...
Şeyx ciddiləşmiş halda dedi:
-Düzdü... Başa düşmürəm sizi... Sualınızla çox qəliz bir məsələyə toxunursunuz. Daha doğrusu, məhrəb məsələsinə... Bu barədə din alimlərinin fikirləri var...
Səslər eşidildi:
-Peyğəmbər vaxtı...
-Müqədəs kitabda - Quranda bu barədə bir söz deyilirmi?
-Sonrakı colma çoçuqların işidi də, İslamı, müsəlmanları parçalamaq üçün...
Şeyx gülümsədi:
-Əslini axtarsanız Allahdan başqa hər şey cüt - iki dənədir. Elə mənfi, müsbət, gecə-gübndüz, işıq-qaranlıq tək...
Səslər, onu, fikrini qınayan sözlər, pıçıltılar eşidildi:
-Belə çıxır ki... Onda mənfi kimlərdi, müsbət kimlərdi?!
-Ameikada da iki partiyalıqdı da... Respyublikaçılar, demokratlar...
-Çin başqa, şeytan başqa... Sən bunları qarışdırma...
Şeyx söhbətin yekunlaşdırıb, keçib yerində əyləşəndən sonra, indi də söz Dini qurumlar üzrə Dövlət komitəsinin sədrinə verildi. Sözə başladı:
-Salam, arkadaşlar...
Səslər, pıçıltılar eşidildi:
-Bu da lap türkləşib ha.
-Yoxsa, səni rusca salamlayaydı?
-Ermənistanda olub, işləyib də. Onların da dilini bilməmiş olmaz.
Komitə sədri pafosla dedi:
-Din tiryəkdi deyənlər, əlbəttə ki, yanılırdılar. Bu materialistlərə məxsus bir fikir idi. Iyirminci əsrin ən böyük kəşfi elə bu oldu ki, dinin elmi əsaslarını az-çox sübut edə bildilər, bizi inandırdılar...
Bölgədə ateist bir adam kimi tanınan Xanbala müəllim daha dözə bilmədi. İmkan düşən kimi hücuma keçdi də. Öz suallaını lap dolu tək yağdırdı:
-Hörmətli komitə sədri! Biz də az-çox oxumuş, təhsil almışıq. Ancaq elə məsələlər var biz ağıllı cavab tapa bilmirik, çaşıb qalmışıq. Elə götürək bayraq məsələsini... Ana kitabımızda, konstitutiyamızda deyilir ki, din dövlətdən ayrıdır.
Səslər eşidildi:
-Düzdür...
-Bunu bilirik...
-Başqa nə sözün bar?
Xanbala müəllim kükrədi:
-Mənim sualıma hələ cavab verilməyib... belə olduğu halda bayrağımızdakı o islamı simvolizə edən rəng - yaşıl nə deməkdi?
Bu an sanki qurbağa gölünə bir daş atdıalr. Hamı susdu. Komitə sədri çox hazırlıqlı adam idi. Şeyxə tərəf baxdı, o da susurdu. Millət vəkili isə xəcalətindən az qlırdı ki, lap stolun altına girsin. Yaxşı deyildi axı. Arada başçıya tərəf baxıb başını yellədi.
Komitə sədri çətin sal qarşısnda qalmış adam kimi dedi:
-Bəli, çox düşündürücü, çətin sualdı... Cavabını öyrədib, başçıya deyərəm, bildirər sizə.
-Nə deyirəm ki...
Başçı söhbəti zarafata saldı:
-Görürsüz də... dedim də... Bu rayonda hazırlıqlı adamalr çoxdur. Elə yaxşı olar ki, cavabı öyrənib özünə bildirəsiniz. Mənə çətin inanacaq.
Millət vəkilinə isə heç danışmağa imkan vermədilər. Onu əsil mənada ittiham elədilər. Bura gəlməsinə də peşman idi. Deyirdilər:
-Nə quru tikə olub qalmısan bu camaatın boğazında?! Çıxıb işinlə məşğul ola bilmirsən?
-Mən özüm seçilmişəm ki, çıxım... Məni siz seçmisiniz...
Qəzəbli səslər eşidildi:
-elə isə verdiyin vədlər, sözlər hara getdi?! Bəs unun çəkisini qaydaya salacaqdın?...
-Qurbandı sizə un... Hərəyə bir kisə...
-Borclu olduğun vəkillərinin un kisələrini, pulunu ver, sonra...
-Kimə yalan deyirsən?! deputat da yalan danışar?... Yalan danışmaq olar ey, daha bu qədər, bu boyda yox da...
Mayor bu sözləri eşidənsə elə sıxıldı ki, heç olmayan kimi...



İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK