adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Iyul 2018 18:00
10497
İDMAN
A- A+

Çempionlar və Avropa Liqası ilə bağlı İNQİLABİ DƏYİŞİKLİK

UEFA 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə etməyə icazə verib.

Adalet.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq əlavə vaxt olacağı təqdirdə, 4-cü əvəzetməyə də icazə veriləcək.

Qeyd edək ki, əlavə vaxtda 4-cü əvəzetmə ilk dəfə olaraq bu Dünya Çempionatında tətbiq olunmağa başlanılıb.