adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Iyul 2018 17:55
6961
MƏMLƏKƏT
A- A+

Təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib

Azərbaycan ordusunun davam edən genişmiqyaslı təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla icra ediblər.

Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərdə iştirak edən motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla yerinə yetiriblər.