adalet.az header logo
  • Bakı 18°C
05 Iyul 2018 17:50
14550
DÜNYA
A- A+

Rus diplomatlarından Gümrüyə kritik səfər

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin rəhbərliyi altındakı rus diplomatlarından ibarət nümayəndə heyəti Gümrüdə yerləşən 102-ci hərbi bazaya səfər edərək, oradakı vəziyyətə baxış keçirib.

Adalet.az bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsi məlumat yayıb.

Diplomatik korpusun nümayəndələrini 102-cı hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanov qarşılayaraq, diplomatları baza haqqında, onun strukturu və hərbi-texniki tərkibi, rus hərbçilərinin xidmət şəraiti barədə məlumatlandırıb.

Qeyd edək ki, bu səfərin erməni və rus mediasında baş nazir Nikol Paşinyanın rus qoşunlarını Ermənistan-Türkiyə sərhəddindən çıxaracağı və ölkə sərhədlərinə nəzarəti daxili qoşunlara həvalə edəcəyi ilə bağlı yayılan məlumatlardan sonra gerçəkləşdirilməsi diqqət çəkib.