adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Iyul 2018 17:21
7836
İDMAN
A- A+

Neymara het-trik etsə torpaq sahəsi verilə bilər

Braziliya millisinin hücumçusu Neymara Rusiyada torpaq sahəsi hədiyyə verilə bilər.

Adalet.az-ın "TASS" agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə Kazanın meri İlsur Metşin məlumat verib. O bildirib ki, Neymar DÇ-2018-in 1/4 finalında Belçikaya qarşı matçda het-trik edəcəyi təqdirdə, ona torpaq sahəsi hədiyyə edəcək sponsor tapacaqlar:

"Üç qol vursa, ona torpaq sahəsi verəcək sponsor tapacağıq. Hansısa bir rayonun ərazisində Neymarla qonşuluqda yaşasanız, necə bir maqnit olacağını təsəvvür edirsiniz? Mənzili olduğu Braziliyada istidir. Qollar vursa, sponsorlarla danışmaq olar".

Qeyd edək ki, Kazanda keçiriləcək Braziliya - Belçika görşü sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.