Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Buraxılış imtahanlarının nəticələri açıqlandı Adalet.az | Buraxılış imtahanlarının nəticələri açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Buraxılış imtahanlarının nəticələri açıqlandı

5843    |   2018-07-05 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən Adalet.az-a verilən məlumata görə, imtahanın nəticələri Mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

IX sinif üzrə imtahanda iştirakı gözlənilən 32795 şagirddən 766 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

XI sinif üzrə imtahanda iştirakı gözlənilən 24830 şagirddən 692 nəfəri imtahana gəlməyib. 36 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına 6 və 9 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.



İmza:
SON XƏBƏRLƏR
2019-02-16
2019-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK