ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“Don Kixot” səhnəmizə gəlir

8547    |   2018-07-05 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin 3-cü rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin "Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına başlanılıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, iyulun 3-də tamaşanın ilk məşqlərinə start verilib və yaradıcı heyətlə müzakirələr aparılıb.

Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Yeni səhnə əsərində əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev və teatrın sevilən aktyor heyəti rol alıb.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK