adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Iyul 2018 16:03
12100
DÜNYA
A- A+

Türkiyədə fövqəladə rejim başa çatır

Türkiyədə 2016-cı ildən davam edən fövqəladə vəziyyət bu ay başa çatacaq.

Adalet.az-ın məlumatına görə, bunu ölkənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, iyulun 9-u yeni hökumət formalaşdırılacaq və fövqəladə vəziyyət rejimi başa çatacaq.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra, 2016-cı il iyulun 21-də elan edilib.