adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Iyul 2018 15:55
8304
HADİSƏ
A- A+

Ata və azyaşlı oğlunu maşın vurub

İyulun 4-də saat 22 radələrində Qəbələ şəhərinin ərazisində Ağdaş rayon sakini Ziyanur Mustafayev idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən Hacallı kənd sakinləri Rəvan Haqverdiyevi və onun azyaşlı oğlu Rövşəni vurub.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə uşaq hadisə yerində ölüb, R.Haqverdiyev xəstəxanaya yerləşdirilib.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.