adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Iyul 2018 15:36
12706
DÜNYA
A- A+

İŞİD liderinin oğlu öldürülüb

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin oğlu Hudəyfa əl-Bədri Rusiya hərbi kosmik qüvvələrinin Suriyada apardığı əmliyyat nəticəsində öldürülüb.

Adalet.az xəbər verir ki, bu barədə İraq kəşfiyyatının nümayəndəsi "Rudaw” telekanalının efirində bəyan edib.

İraq kəşfiyyatının məlumatına əsasən, əl-Bədri və İŞİD-in daha 30 nəfər səhra komandiri iyulun 2-də Suriyanın Homs şəhərindəki terrorçu mağaralara Rusiyanın endirdiyi hava zərbələri zamanı ölüblər. Rusiya Müdafiə Nazirliyi isə yayılan xəbərləri hələ ki şərh etmir.

Bundan əvvəl isə "Reuters” xəbər vermişdi ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin oğlu Suriya hökumət qüvvələrinin Homsdakı istilik elektrik stansiyasında keçirdiyi əməliyyat zamanı məhv edilib.