adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Iyul 2018 15:18
12276
DÜNYA
A- A+

ABŞ bu ölkəyə hərbi hücuma hazırlaşır

Venesuela prezidenti Nikolas Maduro ölkənin silahlı qüvvələrinə ABŞ-ın təcavüzünü dəf etməyə hazır olmağa çağırıb.

Adalet.az "Televisa” telekanalına istinadən xəbər verir ki, bu barədə Maduro hərbçilər önündə çıxışı zamanı deyib.

"Döyüş hazırlığını bir saniyə belə zəiflətmək olmaz. Çünki biz, tarix boyu vətənimizin əldə etdiyi ən vacib hüququ – sülh içində yaşamağı müdafiə edəcəyik”, – deyə Maduro bildirib.

Xatırladaq ki, bundan əvvəl "Associated Press” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən xəbər vermişdi ki, ötən il Karakasa qarşı sanksiyaların tətbiqi ilə bağlı görüşdə prezident Donald Tramp öz köməkçisindən Venesuelaya hərbi müdaxilənin mümkünlüyü ilə bağlı maraqlanıb.

Bu manada, "Televisa” telekanalı bildirib ki, Maduro yayılan xəbərlər və ABŞ müdaxiləsinin mümkünlüyünə dair onun iddialarının heç də təsadüfi olmadığını düşünür.

"Bu, təsadüf deyil. Venesuela müxalifətinin Ağ Evə səfərindən sonra Tramp müdaxilə barədə danışmağa başlayıb. Neft ehtiyatlarını ələ keçirmək üçün Vaşinqton Venesuelaya hərbi müdaxilə etməyi planlaşdırır”, – deyə Maduro bəyan edib.