ANA SƏHİFƏ / GÜNDƏM

"Enerji fasiləsi bank sektorunda bəzi problemlər yaradıb" - AÇIQLAMA

2010    |   2018-07-05 14:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Banklarda risklərin idarə olunması haqqında” Qaydalara əsasən hər bir bankda fövqəladə hallarda yaranan risklərin qarşısının alınması üçün və bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planı tərtib olunur. Fövqəladə hallar planına uyğun olaraq banklarda fövqəladə hallarda pozulmuş fəaliyyətin bərpa edilməsi üçün əvvəlcədən məsul şəxslər müəyyən olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev "APA-Economics”ə bildirib ki, qiymətləndirmələr elektrik enerjisində kəsintinin bank sektoruna ciddi təsiri olmadığını göstərib. "Xüsusilə, kəsintinin bankların iş saatlarına təsadüf etməməsi (24 saat işləyən filial və şöbələr istisna olmaqla) yaranmış problemin effektiv həll edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, bankların əksəriyyətinin generator, ups avadanlıqları ilə təchiz olunması, rabitə qurğularının, serverlərin, video müşahidə sistemlərinin, bankomatların işləkliyini fasiləsiz təmin edib, nəticədə biznesin təhlükəsizliyi və fasiləsizliyi baxımından ciddi problemlər yaranmayıb,” – deyə Palata rəsmisi qeyd edib.

E. Allahverdiyev bununla belə, banklarda müəyyən olunan bəzi problemlərə də toxunub: "Bankların bəzi xidmət şəbəkələrində generatorlar normadan artıq işlədiyi üçün isinib və fəaliyyətində müəyyən fasilələr yaranıb, qısaqapanma və ya ups avadanlıqlarının elektrik enerjisinin tükənməsi, eləcə də şəbəkə problemi ilə əlaqədar bəzi xidmət bölmələri və bankomatların iş rejimində fasilələr yaranıb, az sayda ups avadanlığı, kompüter avadanlıqları sıradan çıxıb və yararsız hala düşüb. Yaranmış situasiya ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasında dərhal qərargah yaradılıb və nəzarət sektorlarının fövqəladə fəaliyyət planının tətbiqi nəzarətə götürülüb. Koordinasiya nəticəsində sektorda fasiləsiz və davamlı fəaliyyət, müştərilərə göstərilən maliyyə xidmətlərinin fasiləsizliyinin qorunması, təhlükəsizlik tədbirlərinin fövqəladə situasiyalara adekvat olaraq gücləndirilmiş rejimdə həyata keçirilməsi Palata tərəfindən təmin edilib”.




İmza:
SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK