ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

İndoneziya səfiri ADU-nun fəxri professoru oldu

2687    |   2018-07-05 13:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universiteti (ADU) Elmi Şurasının 4 iyul 2018-ci il tarixli iclasının qərarı ilə (protokol № 19) İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani ADU-nun fəxri professoru adına layiq görülüb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının nümayəndələri və İndoneziya Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

İndoneziyalı qonaqları və şura üzvlərini salamlayan Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamalla Abdulla ADU-da müxtəlif ölkələrin dillərinin və mədəniyyətlərinin yüksək səviyyədə təbliğ olunduğunu bildirib. Rektor qeyd edib ki, bu dillər və mədəniyyətlər sırasında İndoneziya dili və mədəniyyəti də xüsusi yer tutur:

"2007-ci ildən universitetimizdə İndoneziya dili tədris olunur. 2010-cu ildən etibarən isə ADU-da İndoneziya Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. İndoneziyaşünaslıq ixtisası üzrə təhsillərini başa vurmuş onlarla məzunumuz həm ölkəmizdə, həm də xaricdə bu istiqamət üzrə yüksək səviyyədə çalışırlar".

ADU-nun İndoneziya Araşdırmaları Mərkəzinin İndoneziya universitetləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edən rektor bildirib ki, bu əməkdaşlıqda səfir Husnan Bey Fananinin çox böyük əməyi var:

"Cənab səfir Husnan Bey Fananinin Azərbaycan Dillər Universiteti ilə İndoneziya universitetləri arasında sıx əməkdaşlıq qurmaqda xüsusi xidmətləri var. Hazırda tələbələrimiz İndoneziyada təhsillərini davam etdirir, elmi tədiqat işləri aparırlar. Xoş haldır ki, İndoneziya universitetlərində də Azərbaycan dili və mədəniyyəti təbliğ olunur".

K.Abdulla əlavə edib ki, son bir ildə İndoneziyadan çox yüksək səviyyəli qonaqlar, dövlət xadimləri, elm və mədəniyyət işçiləri ADU-da olublar. Rektor qonaqların Azərbaycan Dillər Universiteti ilə bağlı müsbət fikirlərinin formalaşmasında cənab səfirin böyük rolu olduğunu vurğulayıb:

"Husnan Bey Fananinin fəaliyyəti təkcə bununla kifayətlənmir. Cənab səfir semestr ərzində Azərbaycan Dillər Universitetinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə İndoneziyanın siyasi kursu və İndoneziyanın siyasi sistemi fənlərini tədris edib. Eyni zamanda Husnan Bey Fanani dünyada tanınan alimlərdəndir. O, çox əhəmiyyətli kitabların müəllifidir və yazdığı əsərlər dünyada maraqla öyrənilir".

Sonra Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananiyə ADU-nun fəxri professoru diplomunu təqdim edib.

Səfir Husnan Bey Fanani Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, akademik-müəllim heyətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə davam edir:

"Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri günü-gündən inkişaf edir. Azərbaycan Dillər Universitetinin fəxri professoru adına layiq görülməyimdən şərəf hissi keçirirəm. Bu həm mənim, həm ailəm, həm də xalqım üçün uca bir addır. Bu etimad xalqlarımız arasında möhkəm qardaşlıq əlaqələrinin bariz nümunəsidir".

Səfir əlavə edib ki, Azərbaycan və İndoneziya gəncləri xalqlarımızın dəyərlərini daha da irəli aparacaq:

"Əlaqələrimiz bütün sahələrdə özünü göstərir. Həm siyasi, həm iqtisadi, həm təhsil, həm də digər sahələrdə çox yüksək səviyyədə əlaqələr qurmuşuq və davam etdiririk. Mən inanıram ki, gənclərimiz dəyərlərimizi daha da irəli aparacaq".

Səfir cənab Husnan Bey Fanani Azərbaycan Dillər Universitetinə hər zaman dəstək olacağına söz verib:

"İndoneziya və Azərbaycan universitetləri arasında da əməkdaşlıq yüksək səviyyədədir. Söz verirəm ki, harada olmağımdan asılı olmayaraq bu istiqamətlərin daha da inkişaf etməsi üçün Azərbaycan Dillər Universitetinə daim dəstək olacağam".

Sonda səfir Husnan Bey Fanani pianoda Azərbaycan və İndoneziya musiqilərini ifa edib.





İmza:

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

QUZU KƏSƏRƏM BELƏ TƏHSİLƏ

Gənc müəllim: “Hər iki universitet öz ölkəsində ən yaxşısıdır” - MÜSAHİBƏ

Müəllimlərin nəzərinə: Nazirlik vakant yerlərin sayını açıqladı

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

UNEC-n Zaqatala filialında təhsil haqları azaldılıb

"BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu"

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK