Faiq QİSMƏTOĞLU:BEŞƏ BEŞ DƏQİQƏ QALMIŞ

FAİQ QİSMƏTOĞLU
46994 | 2018-07-05 13:16

Belə bir deyim var:«Tələbəlik, əsgərlik və türmə yoldaşları ən sədaqətli insanlardı». Bu fikrə yəqinki, kimlərinsə etirazı ola bilməz. Beş iltələbəlik ömrü yaşamışam, universitetdə oxuyanda hərbi dərs keçmişik və üçay «zbor»da olmuşuq. Həmin vaxt da bizə leytenant rütbəsi veriblər. Ancaq türmə həyatıyaşamamışam. Bildiyim odur ki, həqiqətən də tələbəlik illərinin dostları çox sədaqətliolurlar.

Və mənim də barmaqlasayılası bir neçə belə dostum var. Onlardan biri də Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi,professor və Aşıqlar Birliyinin sədri MəhərrəmQasımlıdı. Bir neçə gün bundan əvvəlmənə telefon açmışdı. Və həmişə olduğukimi, onu çox səmimi və doğma səsini eşitdim:

- Gözəl insan, sənisaat beşə beş dəqiqə qalmış Elmlər Akademiyasının çayxanasında gözləyirəm. Barəmdə təzə kitab çıxıb, onusənə vermək istəyirəm. Həm də oturub bir stəkan çay içib dərdləşərik.

Beşə beş dəqiqə qalmış Akademiyanın çayxanasına çatdımvə həmin anda o da «003» xidməti maşınında dediyimiz yerə gəlib çatdı.Yanında da köməkçisi əyləşmişdi. Maşındandüşdülər və özünəməxsus bir səmimiyyətlə mənimlə görüşdülər və sonra keçib kölgəlikdə olanbir stolun arxasında əyləşdik. Çay sifariş verdik və çay gələnə qədər təzəçıxmış kitabını avtoqraf yazaraq mənə təqdim etdi. Həmişə olduğu kimi , bu dəfə də kitaba belə birsəmimi sözlər yazmışdı: «Tələbəlik illərindənüzü bəri unudulmaz və qardaşım kimi bağrımdagəzdirdiyim görkəmli qələm sahibi Faiq Qismətoğluya!»

Sözün düzü, tanınmışbir böyük alimin mənim haqqımda belə birsəmimi sözlər işlətməsi qoltuğumunaltına elə bil ki, bir qarpız verilmişdi. Mən onu həmişəhansı vəzifədə çalışmağından asılı olmayaraq, 1980-ci ildən baxbelə, sadə və səmimi ziyalı insan kimi tanımışam.Və heç vaxt da dəyişməyib.


Onun 60 illiyi iləəlaqədar olaraq çap olunmuş kitabı belə adlanır: «Görkəmli elm adamları Məhərrəm Qasımlı -60 ömür yolu və biblioqrafiya». Kitab «Uğur» nəşriyyatı tərəfindən çap edilib. Tərtib edəni Xalidə Vəliyevə, redaktoru Yeganə Məmmədova, kompütertərtibçisi və dizayneri Namiq Vəlioğlu, texnikiredaktoru Lalə Aslanovadır. Bu kitab deməkolar ki, böyük alim və ziyalı Məhərrəm Qasımlının 60 illikömür yolunu güzgü kimi əks etdirir. Kitabdakı MəhərrəmQasımlının ömür yolu, həyatındakı mühüm məqamlar, kitabdan seçmələr, Məhərrəm Qasımlı haqqında söylənilənlər, Məhərrəm Qasımlının rəhbərliyi altındamüdafiə etmiş fəlsəfə doktorlarınınsiyahısı, kitabları, tərtib edib hazırladığıkitablar, elmi məsləhətçisi və redaktoruolduğu kitablar, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri və hazırladığı folklor səhifələr, şeirləri , tərcümələri, müsahibələri,haqqında yazılanlar toplanaraq oxucuya ərməğanedilib.

Kitabın ən maraqlıməqamları biri ondan ibarətdir ki, Məhərrəm Qasımlı haqqında Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq yazıçısıElçin Əfəndiyev, professor, Əməkdar elm xadimiYaşar Qarayev, Dövlət mükafatı laureatı, şair Məstan Günər, xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov onun istedadı ilə bağlı orijinal fikirlər səsləndiriblər. Akademik NizamiCəfərov onun barəsində yazır: «Son zamanlar oxuduğum kitablar içərisindəən çox xoşuma gələni MəhərrəmQasımlının «Aşıq sənəti» kitabı olub– bu kitab həm aşıq sənətisahəsində bu günə qədərki araşdırmaların nəticələrini ümumiləşdirir, həm də orijinalmülahizələr verir».

Mən Məhərrəm Qasımlı kimisadə, səmimi, duzlu və yumorlu adamçox az-az görmüşəm. Bizim çay içməyimiz dəbəzən bir bəhanə olur. Çünki onun kimi mənəviyyatı,iç dünyası işıqlı olan insanla bir stəkan çay içəndə, bir kəlmə söhbət edəndə adam özünü göyün yeddinciqatında hiss eləyir. Qəlbi, ruhu və iç dünyası nurla, işıqla dolur. Və mənim ötənəsrin 80-ci illərindən tanıdığım tələbə yoldaşım MəhərrəmQasımlı bu işığı, bu nuru tək mənədeyil, həm də öz millətinə, xalqına, aşıq və ozan sənətini sevən yüzminlərlə insana ötürməyi bacarır.

60 yaşın mübarək, ey gözəl insan! Allah ömür versə, avqustun 5-də səninyaşını bir yerdə qeyd edəcəyik. Vəbir də Allah kömək eləsə, 60 yaşına ürəyimdənkeçənləri sənə çatdırmağa çalışacağam. Çünki sən hər cür sevgiyə və diqqətə layiq olan çoxböyük gözəl insan və gözəl də dostsan!..


TƏQVİM / ARXİV