ANA SƏHİFƏ / MARAQLI

Dünyanı dəyişdirən filmlər

2965    |   2018-07-05 13:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxşı film maarifləndirir, ilhamlandırır, cəsarətləndirir və hətta dəyişir. Dünyanı dəyişir. 









«BLACK PANTHER»



«Black Panther» filminin premyerasından sonra sığınacaqlarda qara pişiklərə qarşı xüsusi maraq yarandı. Hətta bəzi sığınacaqlarda bütün qara pişiklər himayələrə götürüldü. Daha əvvəl isə qara pişiklər uğursuzluğun rəmzi sayıldığı üçün onlara heç kəs yaxın getmirdi.

«BAMBİ»



1942-ci ildə «Bambi» multfilmi çıxdından sonra ovçuların sayı 50% azaldı. Bu hadisə «Bambi effekti» kimi tarixə keçdi: insanlarda heyvanlara qarşı sevgi yarandı və onlar hobbilərindən həmişəlik imtina etdilər. Beləliklə, Bambi heyvanların yaşamaq hüquqlarının qorunmasının rəmzinə çevrildi.

«THE SILENCE OF THE LAMBS»



Jodie Fosterin Klaris roluna girməsi üçün Federal İstintaq Bürosu filmin çəkilişində aktiv iştirak etdi. Jodie agentlər üçün nəzərdə tutulmuş kurslarda dərs aldı. Büronun nümayəndələri filmin xanımları ilhamlandıracağını və kursa çox sayda təcrübəçini cəlb edəcəyini ümid edirdilər. Elə də oldu.

«JAWS»



Jurnalistlərin danışdığı real hadisələrdən sonra insanlar təhlükəli çimərliklərdə istirahət etmək fikrindən daşındılar. Dəniz kurortlarında isə yeni təhlükəsizlik qaydaları qoyuldu.

«V FOR VENDETTA»



«Аnonimus» hərəkatı bu filmin son səhnəsindən sonra böyük sürətlə yayıldı. Anonimuslar maskalar taxaraq hakimiyyətə qarşı mübarizə aparmaq üçün cəsarət tapdı.

«BERNIE»



Real hadisələr əsasında çəkilmiş «Berni» filmində qəbirsanlığın işçisi yaşlı bir xanımla ailə qurur. Bir müddət sonra xanım Bernini açlatmağa başlayır və həyat yoldaşı onu istəmədən qətlə yetirir. Nəticədə Berni həbs edilir, ancaq cəmiyyət onun günahsız olduğunu düşünür. Film çıxdıqdan sonra bir vəkil real hadisə ilə marağlanmağa başladı və məhbusu xilas etmək üçün faktlar üzə çıxardı. Beləliklə, gərçək Berni azadlığa çıxdı.

Bəs sizin həyatınıza hansı filmlər təsir edib?



İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK