ANA SƏHİFƏ / SİYASƏT

Fuad Muradov: “Azərbaycan üçün fəaliyyət göstərən diaspor təşkilatları birləşməlidir”

3516    |   2018-07-05 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan üçün çalışan, Azərbaycan dövlətçiliyi üçün fəaliyyət göstərən diaspor təşkilatları birləşməlidir”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qurumun yaradılmasının 16-cı ildönümü ilə əlaqədar təşkil edilən tədbirdə deyib.

Komitə sədri bildirib ki, işlər o zaman effektli olar ki, birlikdə fəaliyyət göstərilsin:

Dövlət Komitəsinin sədri deyib ki, bir neçə istiqamətlər üzrə fəaliyyət olub.

"Biz Heydər Əliyevin diasporla bağlı fərman və sərəncamları bir daha gündəmə gətirdik və tezislər şəklində nəşr buraxdıq. Diasporla İş üzrə Dövlət Komitəsinin girişində Heydər Əliyevin büstü yaradılması vacib idi. Daxili nizam-intizam qaydalarının yaradılması üçün işlər həyata keçirildi. İlk xarici səfərimiz Türkiyəyə oldu, yerli soydaşlarımızla, eləcə də Rusiyanın Həştərxan şəhərində diaspor fəalları ilə görüşdük. Daha sonra Gürcüstan səfərimiz oldu. Yaxın zamanlarda isə Avropaya səfər nəzərdə tutulub".

O bildirib ki, sədr təyin olunduğu aprel ayından indiyədək müsbətə doğru bir sıra addımlar atılıb: "Komitə media nümayəndələri ilə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqda maraqlıyıq”.

F.Muradov qeyd edib ki, komitə bir sıra xarici ölkələrdə görüşlər keçirib. O bildirib ki, komitənin yeni loqosu, himni və diaspor xəritəsi hazırlanıb.




İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK