adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Iyul 2018 15:49
10550
SAĞLAMLIQ
A- A+

Bu halda mütləq su için!

Su həyatdır. Adi suyun gün ərzində normal miqdarda istehlakı insanı bir çox xəstəlik və pozulmalardan qoruya bilər.

Adalet.az xəbər verir ki, bəzi hallarda su içmək xüsusilə vacibdir.

1. Oyandıqdan dərhal sonra aramla 2 stəkan su için. Bu gecə vaxtı əmələ gələn susuzlaşmanın qarşısını alır, daxili orqanları aktivləşdirir, mübadilə proseslərini sürətləndirir, qəbizliyin qarşısını alır, insanı daha gümrah edir.

2. Yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan su için. Bu həzm proseslərini yaxşılaşdırır.

3. Vanna qəbul etdikdən əvvəl 1 stəkan su için. Bu arterial təzyiqi normallaşdırır, orqanizmi şlak və toksinlərdən daha yaxşı təmizləməyə yardım edir.

4. Yatmazadan əvvəl 1 stəkan su için. Bu gecə susuzlaşmanın, insult və ürək tutmalarının qarşısı alır.