adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Iyul 2018 11:40
7794
HADİSƏ
A- A+

Avtomobil ata və azyaşlı oğlunu vurdu: uşaq öldü

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qəbələ-Ağdaş yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş sakini, hazırda Bakıda yaşayan 1982-ci il təvəllüdlü Mustafayev Viyanur Ətraf oğlu idarə etdiyi 10-SZ-127 dövlət nömrə nişanlı, "Opel Astra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadaları - Hacallı kənd sakini, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlunu və onun 6 yaşlı oğlu Rövşən Haqverdiyevi vurub. Hadisə zamanı 2012-ci il təvəllüdlü Rövşən Haqverdiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, atası isə xəsarət alaraq Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.