Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Gənc rəssamlarımızın əsərləri Parisdə Adalet.az | Gənc rəssamlarımızın əsərləri Parisdə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Gənc rəssamlarımızın əsərləri Parisdə

8483    |   2018-07-05 15:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər davam edir. Bu ölkədəki səfirliyimiz və "Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Azərbaycan gənc rəssamları Parisdə” adlı sərgi təşkil olunub.

Sərgidə ölkəmizin 22 gənc rəssamının 60-dan çox əsəri nümayiş olunub.

Sərgini giriş sözü ilə açan ölkəmizin Fransadakı səfirinin siyasi işlər üzrə birinci katibi Vaqif Ağayev müsəlman Şərqində ilk dünyəvi Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verib. Onun XX əsrin əvvəllərində azadlıq, humanizm, bərabərlik kimi mütərəqqi prinsiplərdən ilhamlandığını diqqətə çatdırıb, əsas nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu vurğulayıb.

V.Ağayev səfirlik və Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin sertifikatlarını gənc rəssamlara təqdim edib.

Gənc rəssamlarımızın əsərləri sənətsevərlər və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, "Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənc rəssamların əsərləri bir çox Avropa ölkələrində nümayiş olunub və sənətsevərlərin rəğbətini qazanıb. /azertag.az/




İmza:
SON XƏBƏRLƏR
2018-12-12
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK