adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Iyul 2018 11:52
3445
HADİSƏ
A- A+

Məhbus ərinə narkotik aparan qadın

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 93.1.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Xəlilov Elmir Kamil oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Salyan rayon sakini Xəlilova Gülnarə Məhərrəm qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman saçında xüsusi üsulla gizlətdiyi sellofan bükülüdə 2,113 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.