adalet.az header logo
  • Bakı 20°C
05 Iyul 2018 10:31
13913
KRİMİNAL
A- A+

Azərbaycanda 16 şübhəli saxlanılıb

Daxili İşlər Nazirliyi iyulun 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.


DİN-dən Adalet.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.