adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Iyul 2018 10:27
5349
GÜNDƏM
A- A+

Agentlik sərnişin daşınmasına 2100 avtobus cəlb edib

"Hadisədən sonra Bakı şəhərində bütün qarajlar gecə radələrində, Metropolitenlə əlaqə saxlanıldıqdan sonra hazır vəziyyətə gətirilib. Ümumilikdə, yay aylarında Bakı şəhərində 1600 avtobus fəaliyyət göstərirdisə, onun sayı 2100-ə çatdırılıb”.

Adalet.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə bildirib.

Agentlik rəhbərinin sözlərinə görə, Bakı şəhərinin əsas nəqliyyat qovşaqları və giriş-çıxışları ehtiyat avtobuslarla təmin olunub və ödənişsiz fəaliyyət göstərməyə başlayıb: "Eyni zamanda, nəqliyyat qovşaqlarında havanın isti olması nəzərə alınaraq sərinləşdirici içkilər Bakı Nəqliyyat Agentliyi tərəfindən paylanıb. Bundan başqa, maarifləndirmə işlərində, avtoradio və sosial şəbəkələrdə insanların yol kəsişmələrində bir-birinə duyarlı olması məsələsi qaldırılıb. İnsanlarımız da, qeyd etdiyiniz kimi, bununla əlaqədar olaraq öz vətəndaşlıq borclarını, çox yüksək səviyyədə yerinə yetiriblər. Bu arada, bildiyiniz kimi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində də işıqforlarla əlaqə kəsilib, lakin elektrik enerjisi bərpa olunduqdan sonra işıqforların fəaliyyəti çox qısa zamanda yenidən təmin edilib. İşıq olmadığı zaman Dövlət Yol Polisi tərəfindən bütün kəsişmələrdə dəstək və kömək göstərilib”.