adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Iyul 2018 00:27
32264
ƏDƏBİYYAT
A- A+

VƏTƏNDAŞ BAXIŞI

MAİS YANARDAĞ

Hər dəfə BDU-nun yanından yolum düşəndə fikirləşib deyərdim: "kaş o vaxtlar mən də burada oxuyub təhsil almış olaydım".
BDU-nin keçmişi, indisi, orada təhsil alan tələbələr, təhsil verən elm adamlarıdaim başqa elm təhsil ocaqlarından fərqləniblər. Bütün bu kimi müsbət keyfiyyətləri nəzərə alaraq bir neçə il qabaq, mötəbər bir elmi görüşdə demişdim: "BDU bütün universitetlərin atası-anasıdır".
Daim bu elm ocağına olan məhəbbətimi doğruldan talehin açdığı yolla, mənim Aqşin və Lalə adlı nəvələrim bu universitetə daxil oldular. Bu universitetin tanınmış müəllim professorlarından dərs alan nəvələrim çox yüksək qiymətlər və fəxri diplomla oranı qurtardılar.
Bu elm ocağına olan məhəbbətim məni orada çalışan müəllim heyətinə bağladı. Xidməti işimlə əlaqədar son 15-20 ildə bu elm ocağının müəllim, professorlarından verilişlər hazırlayıb, yazılar yazdım. Bura mənim üçün doğma bir elm ocağına çevrilmişdir.
Bu yaxınlarda universitetin tanınmış bir müəllimi ilə universitetin qarşısında açıq havada olan çayxanada oturub müxtəlif sahələrə aid çöhbət edib çay içirdik. Çayxanada həddən artıq tələbə müəllim var idi. Mənim qarşımda oturan tələbə qız öz yanında oturan tələbə oğlanı əli ilə didir, dişləri ilə oğlanın üz-gözün gəmirirdi. Ətraf heç kim bu mənzərəyə reaksiya vermirdi. Mən kəmhövsələlik edərək dedim:
-Ay qız, bura ictimai bir iaşə müəssisəsidir, gedin bu hərəkətinizi, bu ehtirasınızı ayrı yerdə söndürün. Düzü mənə cavab vermədilər. Mən bir qədər düşündüm görən düz etdimmi? Oranı bir qədər də əsəbi və bir qədər də pəjmürdə halda darvazadan çölə çıxdım. Mən tutduğum iradın veriləcək cavabın hissləri altında oranı tərk edib Akademiyanın metrostansiyasına düşürəm, hava çox istidir. Metroda çox sərnişin var. Oturacaqda oturan gənc bir qızın şortik geyməsi sərnişinlərin diqqətindən yayınmır, hamı ona baxır. O, Avropa sayağı geyinərək yalnız bədən üzvlərindən görünəsi bir daha qadağan olunmuş yerlərinin üzərini lazımsız paltarla örtmüşdü. Onun yanında əyləşən yaşlı bir kişi ona baxanların gözlərinə pərdə çəkmək üçün başındakı küləşdən olan silindirini götürüb qızın açıq olan baldır hissələrinə qoydu. Qız eləmədi tənbəllik kişinin başının silindirini öz dizləri üzərindən götürüb sərnişinlərin ayaqları altına atdı. Kişinin başının silindiri ayaqlar altında əzilib çox yararsız hala düşdü.
Ey oxucular, nədir bu hal.
-Hazırda ictimaiyyətin əsas hissəsi cəmiyyətində baş verən belə anormal halları məktəblərdə, onlara dərs deyən müəllimlərdə axtarırlar.
-Bu hal, bu fikir, məncə, heç də düz geyil. Artıq qatar çox sürətlə hərəkətdədir.
-Bəlkə gələcək yeni dünya, yeni nəsil yetişdirmək üçün, uşaqlıq, bağça illərinə qayıdaq.
-Bəlkə bu hal XX əsr öz müsbət keyfiyyətlərin əldə etdiyi nailiyyətləri, dəyəri, elmi, təhsili əsrin əvvəlindən ağır qatara yükləyib əsrin sonuna gətirib XXI əsrə keçərkən XXI əsrin qapıları onun üzərinə bağlanmasıdır.
-Bəlkə də bu hal müasir elm-təhsil sənət adalarının, ziyalılarının cəmiyyətdə baş bilənlərin, bu hallara qarşı mübarizə aparmayaraq o hallara qarşı biganəliklərinin, etinasızlıqlarının, göz yummaqlarından törənən təzadlar, hallardı.
-Bəlkə bu hal! Fironluqdur, Eqoistlikdir, Yekəxanalıqdır, Mənəmlikdir. Cəmiyyətin qanunlarını, qəbul etməməkdir.
-Bəlkə bu hal! Son illərə qədər bütün dünya xalqlarının bəhrələndiyi Şərq fəlsəfəsinin qarşısına çıxan onun nailiyyətlərinə kölgə salan Avropa fəlsəfəsinin yaratdığı çox dəhşətli rəzalətlərdi?
Hörmətli oxucular, bu barədə mən aksioma olmayacaq qısaca fikrimi sizlərə çatdırmaq istədim. Sizin fikirinizi də bilmək mənim üçün maraqlı olardı?