ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MAYORUN İŞ GÜNLƏRİ

4633    |   2018-07-05 00:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Povestdən bir parça

Tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mayorun iş günləri" povestində polis işçilərinin cinayətkarlığa qarşı mübarizə fəaliyyətindən bəhs edilir.
Povestdə polis sahə müvəkkili Bəşir öz fəaliyyəti ilə maraq doğurur, polis şərəfini qorumağa çalışır, andına sadiqdir. Çoxları bu səbəbdən onu özünə yaxın, doğma bilir.
Oxucu bir daha əmin olur ki, açılmayan cinayət işi yoxdur. Yersiz hərəkətlər bağışlanmır. Bir sözlə "oğurluq həmişə əlcəklə başlayıb qandalla qurtarır".

(əvvəli ötən sayımızda)

ÖLÜM RƏQSİ

(II fəsil)

Ağacavad müəllim qonşu kəndə toya dəvət olunmuşdu. Toy sahibləri də bir başqaları deyildi. Həyat yoldaşına münasib adamlar idi. Di gəl ki, bu kənd öz qəribəlikləri ilə nəinki həmin rayonda, bölgədə seçilirdi. Ona görə də yola düşməmişdən əvvəl arvad ona dedi:
-Kişi, sən söz-söhbətində hərdən baş alıb gedənsən ha. Sən Allah arada bir az ehtiyatlı ol. Toyda da "Ölüm rəqsi" çaldırmırlar, çaldırsınlar da, öz işləridi.
-Bəyəm özbaşınadılar?!
-Nə edək. Əvvəldən onların xamiri belə yoğrulub da.
Ağacavad müəllim tarixçi olsa da, söz-söhbətində həmişə əxlaqı dəyərlərimizə çox ciddi fikir verərdi. Hətta yadında idi, bir dəfə Özbəkistandan gəlmiş bir mesxeti türkü gileyləndi ki, köçüb Türkiyəyə getmək fikrindədir. Onda müəllim çox pis olmuşdu. Soruşmuşdu ki, niyə bu fikirə düşüb? Türk də ağrına-ağrına demişdi: "Qardaş, burada çox xoşagəlməzliklər var ey. Pulsuz iş keçmir... Sonra da ki, bu qəsəbədə... Deyirlər, o toyda ki, ölüm olmadı, o toy deyil..."
Onda qocam sakitləşdirsə də, Ağacavad müəllimin əsil mənada ürəyi ağrımışdı. Novruzəli kişi əsil mənada zəhmətkeş adam idi. Onun becərdiyi tərəvəz məhsullarına söz ola bilməzdi. Yadında idi, bir kiloqramadək çəkisi olan soğanı rayon mərkəzinə aparması, orada çoxlarına göstərməsi. Hətta İcra Hakimiyyətində, başçının yanında da olmuşdu.
İndi belə bir adamın qəsəbədən çıxıb getməsinə necə dözsün o? Halbuki mexseti türkləri bu yerlərə köçüb gələnə kimi yaxşı tərəvəz, göy-göyərti, bostan məhsulları üzünə əsil həsrət qalardılar. Çox adam elə kənar rayonlardan, şəhərdən alıb gətirirdi. Özü də neçəyə? Lap od qiymətinə.
Onda Ağacavad kişi bir qəsəbə sakini kimi həmin türkün evinə getmiş, onunla xeyli söhbət edərək, onu bu hərəkətindən, yoldan qaytarmağa çalışmışdı. Kişi isə sanki inada düşmüşdü. Elə hey deyirdi:
-"Yox, balası... Üz vurma, gedəcəyəm".
-"Bir az səbirli ol".
-Nə qədər səbr etmək olar? Artıq qəti qərarımdır".
Beləcə onda Noovruzəli kişi kənddəki evini, pay torpağını satdı. Onlarda olanda kövrəlmiş halda ondan əl çəkmir, öz məhsulları olan soğan, kartof, qarğıdalıdan maşınına yükləmək istəyirdi:
-"Apar da... Pulla almamışam ki..."
-"Yox... Çox sağ olun..."
-"Sağıq da... Yaxşı buğdam, arpam da var..."
Beləcə nə qədər çalışsa da, həmin mexsxeti türkünü Novruzəli kişini yolundan saxlaya bilmədi, ailəliklə köçüb Türkiyəyə getdiyini eşitdi. Sonradan heç onun yaxşı sədası gəlmədi. Dedilər ki, orada lap darıxan kimi olub, xəstələnib, vəfat edib.
Ağacavad müəllim ailəliklə toya gedəndə Pirin yanında mayorla rastlaşdı. Su içirdi.
-Salam müəllim.
-Salam.
-Hara belə? Xeyir ola?...
-Toya gedirəm.
-Qohumlargilə?
-Hə...
-Mən də dəvət olunmuşam, görüşərik.
Ayrılanda mayor da ona dedi:
-Ancaq bir az ehtiyatlı ha. Bu kəndin çox qəribə qanun-qaydaları var. Bir də ki, sənə deməyin nə adı. Özün oradan evlənmisənsə, elə deməli bir ailənin üzvüsən də.
Ağacavad müəllim mayorun sözlərini zarafata salmaqdan başqa əlacı qalmadı:
-Yox... Qohum olsam da bu dağlılarla mənimki tutmur.
-Bəs sən dağlı deyilsən?
-Mən peyvəndindənəm də, onlar lap cirindandırlar.
Onlar bu söhbətə ürəkdən güləndə həyat yoldaşı Badam dodaq büzdü:
-Görürük elə... Lap qurumuş qaysıya oxşayırsınız.
-Kişi elə belə olmalıdı da, yoxsa sənin kimi... Özbəklərin plov qazanına oxşayırsan.
Badam inciyən kimi oldu:
-Sözə bax da... Danışdı da... Hələ o mayorla varım. Kəndimizi pisləməyinə bax ey. Özü afiristlərə oxşayır.
Söhbətin beləcə xoşagəlməz məcraya yönəlməsini istəməyən Ağacavad müəllim dedi:
-Biz də sizin üçün deyirik də. İndiki cavanlar bəzi məsələlərdə düz eləmirlər.
-İndi bizi tərbiyə edəcəksiniz də?
-Allah eləməsin.
-Onda susun, danışığınızı bilin.
-Bu da komandir.
Toy başlamışdı. Onları da şadyanalıqla qarşılayıb, rahat bir yerdə əyləşdilər. İlk andan Ağacavad müəllim hər şeyə "əhsən" dedi. Hər şey ürəyincə təşkil olunmuşdu. Çalğıçılar dəstəsi, müğənnilər - oğlanla qız gözəl-göyçək, boylu-buxunlu, sinədəftər idilər. Yaxşı da avazları, səsləri vardı.
-Apar ona ver, de ki, bu əvəzə mahnılardan əl çəksin. Bir rast oxusun.
Çalğıçılar az sonra ritmi dəyişib, onun havasını çalsalar, müğənni oxusa da, həmin qarabəniz oğlan hey səslənməkdə idi:
-Zakaz vermişəm, ona deyin ki, rast oxusun!... Bura toya gəlmişik, ara mahnıları dinləməyə yox.
Müğənni oğlan arada səsini kəsin, dilxor halda dilləndi:
-Bəlkə mən bilmirəm, bu rastdı da.
Qız müğənni də onun sözlərini təsdiq elədi:
-Hə də... Rastdı da...
Oğlan isə sanki özünü göstərir, sakitləşmirdi ki, sakitləşmirdi... Bu vaxtlar Ağacavad müəllim iştahla çörək yeyirdi. Dost-tanış da üz vurmuş, bir yüz içmişdi. Sonra da pivə süzdülər. Elə bu an, sanki toyda yaranmış gərginliyi aradan qaldırmaq üçün aparıcı sözü ona verdi:
-Hörmətli qonaqlarımızdan Ağacavad müəllim buradadır. Gəlin onun da təbrikini eşidək, görək səbəbkarlara nə arzulayır.
Ağacavad müəllim çox şənliklər görsə, təbriklər etsə də, nədənsə burada lap sıxılan kimi idi. Bir tərəfdən həyat yoldaşı ona işarə edirdi ki, az danışsın, söhbəti çox da uzatmasın. Digər tərəfdən həmin qarayanız oğlan onu qanlı-qanlı süzməkdə idi. Dilləndi:
-Çox mübarəkdi... Qoşa ömür sürüb, qoşa qarısınlar...
-Bu da sözdü... Niyə qocalsınlar, qarısınlar? -deyə həmin qarayanız oğlanın mızıltılarını eşitsə də, Ağacavad müəllim sözünə davam etməkdə, danışmaqda idi:
-Mən də səbəbkarları ürəkdən təbrik edirəm...
-Hamı ürəkdən təbrik edir ki, böyrəkdən yox ki?...
-Arzu edirəm ki, ilahi onlara ilk növbədə can sağlığı versin. Ömürləri boyu "nə edim", "necə edim" deməsinlər, düşünməsinlər... İşləri həmişə rəvan getsin, könül xoşluqları olsun.
-Təzə sözlər eşidirik...
-Bir də ilahi onları heç vaxt çörəklə imtahana çəkməsin. Arzuları həyata keçsin. Dünya malından qane olsunlar...
-Kişinin işinə baş aparır bu...
-Bir də arzum odur ki, həyat inamlı olsunlar. Həqiqətpərəst olsunlar. Əsil xoşbəxlik elə bundadır... belə olanda maddi cəhətdən olmasa da, mənəvi cəhətdən özünü çox şən, gümrah, xoşbəxt hiss edir.
Sanki qara daşlar da dünyanın ən qiymətli inciləri tək onun gözləriönündə bərq vurur. Səbəbkarlar bir daha təbrik edir, xoşbəxtlik arzulayıram! Xoşbəxt olsunlar!
Səslər eşidildi:
-Əla!
-Əhsən!
-Təbrik belə olar da!
Ağacavad müəllim beləcə xoş sözlər, gur alqışlar altında keçib yerində əyləşəndə, həmin qarayanız oğlan hələ də donquldanmaqda idi:
-Ay yazıqlar... Hələ də hər deyilənə inanmırlar ey... Elə belə-belə sözlər yetmiş il başınızı xarab elədi. Bir tərəfdən də elə bu alqışlar... Nəyə gülür, çəpik çalırsınız? -Sonra isə sərpayini yanına çağırıb tapşırdı: -Ölüm rəqsi" çaldır, biz oynayacağıq. Həqiqətən də indi artıq o tək deyildi, özünə oxşayan bir neçə ənqüş-ünqüş adam yanında cəm olmuşdu. Səslənirdilər:
-Ələ, bu toydu, yoxsa maskarad?!
-Meyxana demirlər heç!...
-Sən başla!...
Oğlan qəfildən, bədahətən meyxana deyəndə hamı susdu, diqqət kəsildi. Həqiqətən də ürəkdən deyirdi. Bu anlar onu alqışlayanların, çəpuk çalanların da sayı çoxaldı.
-İndi də bir "ölüm rəqsi!.."
Bu an məclisə əvvəl bir sakitlik çökdü. Sonra isə narazılıq, söz-söhbət baş alıb getdi də. Toy sahibi Maxsudu qınadılar:
-Ə, bu nə deməkdi?! Biz toya gəlmişik, yoxsa oğru, quldur yallısına baxmağa?
-Hə də, qız-gəlinlər oynamaq, rəqs etmək istəyir.
-Elə biz də... Biz adam deyilik?
Toy sabahı isə onsuz da onların bu hərəkətindən dilxor idi. Ona görə də dedi:
-Siz Allah bir anlıq sakit olun, məni də başa düşün. Görmürsünüz, onalrın ağlı başında yoxdu, hallıdırlar...
-Bəs sahə müvəkkili yoxdur, gəlməyib?...
-Belə yerdə o çətin görünər.
Mayor da toya mülki formada gəlmişdi. Onsuz da bura onun ərazisi deyildi. Arxayın halda yeyib içməkdə idi. Əhli kef cavanlar isə hələ də ortalıqdan çıxmamış, meydan sulayırdılar:

Bir getmişdik cəbhəyə...
Qismət idik gülləyə...
"Ölüm!... Ölüm!" haradasan?!
Lap yaxında, burdayıq!...
Beləcə səs-küu o qədər qalxmış, deyib-gülən, qaçıb-tutan vardı ki, adamı bu xaos lap bezdirirdi. Narazılıq dolu səslər eşidilirdi:
-Ə, buranın bir ağsaqqalı yoxdu?
-Belə də toy olar?
-Müğəni yazıqlara imkan verən yoxdur.
Toy sahibi axırı hərəkətə gəlib, bir neçə qolu zorlu hesabına ortalıqdan çıxmayan oynayanları, atılıb-düşənləri kənarlaşdırdı. Ağacavad müəllim hələ də odlu-alovlu danışmaqda idi:
-Əyibdi axı, hər şeyin bir həddi olmalıdı! Toy görməmişik bəyəm? Görmüşdük qabiliyyətli bir-iki nəfər oynayar, məclis əhli də bundan zövq alar. Yoxsa indiki kimi? Mahnıya bax, "Ölüm rəqsi!" Bunu kim bəstələyib, quraşdırıb belə?
Qarayanız oğlan onların rəqs meydanından kənarlaşdırılmasından incik halda donquldandı:
-Yaxşı baxarıq... Sənə kimliyimizi göstərmək borc olsun...
Onlar həmin axşam toydan xeyli gec çıxmışdılar. Əvvəl nə qədər pərtlik, qanqaraçılıq olsa da, sonradan toyda hər şey qaydasdına düşmüş, hətta Ağacavad müəllimi tərifləmiş, onun sağlığına xoş sözlər demiş, doyunca yeyib-içmişdilər.
-Halal olsun sənə, müəllim... Bizdə söz deyən... Beləcə məclis pozan gəda-gudanı yerində otuzduran yoxdu da. Bir sahə müvəkkilimiz var. O da belələri i lə əlbir olub. Odur ki, qudururlar da.
Mayor dözə bilməyib sözünü dedi:
-Ə, tək sahə müvəkkili ilə heç nə əldə etmək olmaz. Camaat bir ola gərək.
-Bir olub birləşə bilmirik də... Beləcə batırıq da.
-Batmayın da. Bu da dənizə, balıq tutmağa getməkdi bəyəm?
-Elə bu külək, dənizdi də başımızı xarab edən.
-Əcəb bəhanə tapmısınız. Düzdü, onların da təsiri var. Ancaq de ki, elə qanınızdadı. İran şahı səbəbsiz sizi bura sürgün etməyib ki.
-Sən də deyirsən ki, Şah dağlayıb göndərib? Dağda yaşadığımız üçün belə deyirlər.
-Onda bütün dağda yaşayanlara dağlı deyərdilər də...
-Düzdür... Onda deyirsən ki, elə qanımızd var, ipə-sapa yatmarıq da.
-Əlbəttə ki... Gərək hər şeyi adı ilə çağırasan.
Ağacavad müəllim yol adüşmək üçün onlardan ayrılanda həyət yoldaşı narazı halda dedi:
-Bəlkə qalaq, səhər gedərik də. Özün də içmisən...
-Sərxoş deyiləm...
-Görürəm elə. Bəs maşın məsələsi... Nə ilə gedəcəyik? Nə çoxdu maşın. Olmaz bir taksi kirayələrik də.
Badamı yaxın qohumlar getməyə qoymaq istəmirdilər. Deyirdilər:
-Bu gecə vaxtı nə var. Çöldə qalmamısınız ki. Allaha şükür qalmağa ev-eşiyimiz, yatmağa mir-mitilimiz nə qədər istəsəniz.
-Bunun xxasiyyətini bilmirsiniz. Höcətliyi tutub da. Elə mən də yerimi dəyişəndə yata bilmirəm.
-Daha özünüz bilərsiniz. Birdən təklif etmək, deməkdi.
Onlar birlikdə gərinə-gərinə taksi dayanacağına tərəf gəlməyə başladılar. Aylı-ulduzlu bir gecə olsa da, qara buludlar göy üzünü tutmaqda idi. Sərin külək əsirdi. Həyat yoldaşı şalını çiyninə atanda, Ağacavad müəllim qayğıkeş halda dedi:
-Bəlkə pencəyimi verim sənə? Soyuq olar...
-Yox, lazım deyil.
-Al... Özünü naza çəkmə, -deyə Ağacavad müəllim pencəyini çıxarıb onun çiyninə saldı.
Ömrünün xoşbəxt anları idi. Oğlu, qızı şənlik edir, səslənir, bir-birlərini qovurdular. Səsləndi:
-Sakit olun.
-Qoy oynasınlar. Heç uşaq olmamısan.
Elə bu an xoşagəlməz gülüş, qəhqəhə səsləri eşidildi. Bu, "ölüm rəqsi" mahnısı oxuyanlar idi. Qarayanız oğlanın hiddətli səsi eşidildi:
-Ə, sən idin bizə dərs verən?! Oynamağa qoymayan?
-Çəkilin yoldan!
-Xoruzlanma! İndi sənə, arvadına, uşaqlarına bir rəqs havası çalarıq ki!...
Hiddətlə dilləndi:
-Uşaqlarla işiniz yoxdur!
Quldurun iyrənc səsi eşidildi:
-Elə isə al gəldi!...
Ağacavad müəllim özünü, ailəsini müdafiə edəndə, bıçaq bir neçə yerdə ona toxundu... Həyət yoldaşı çığır-bağır salıb, camaatı səsləsə, mayor özünü yetirsə də, artıq olan olmuşdu... Qanı axırdı, dünya gözündə qaralırdı...



İmza:
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK