adalet.az header logo
  • Bakı 21°C
04 Iyul 2018 17:52
564199
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır

"Azərbaycan Dəmir Yolları” QSC-dən Adalet.az- a verilən məlumata görə, sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17-00 və 21-40-da, Sumqayıtdan isə saat 17-50-də və 20-30-da yola düşən elektrik qatarları təyin edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qatarı saat 0950 –də yola düşəcək və Bakıya saat 1032-də çatacaq; Sumqayıt stansiyasından saat 09:50 –də yola düşən 6014 elektrik qatarı saat 11:00-da yola düşəcək və Bakıya saat 1142-da çatacaq.