warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü Adalet.az | YAP üzvlərinin sayı 720 mini ötüb Adalet.az | YAP üzvlərinin sayı 720 mini ötüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

YAP üzvlərinin sayı 720 mini ötüb

5046    |   2018-07-04 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 4-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Adalet.az xəbər verir ki, iclasda YAP İdarə Heyətinin 2018-ci ilin birinci yarım ilinə dair hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi haqqında müvafiq dövrə dair statistik hesabat və İdarə Heyətinin 2018-ci ilin ikinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. Əli Əhmədov qeyd edib ki, 2018-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisə - Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi olub. Azərbaycanda prezident seçkiləri elan edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən qurultayda geniş nitq söyləyib.

Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyası bütövlükdə seçki kampaniyasını çox uğurla həyata keçirib, prezidentliyə namizəd İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilib. 11 aprel tarixi isə Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə inam və dəstəyinin möhtəşəm təntənəsi oldu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına – Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verdi.

Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.

Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi 2018-ci ildə davam edib, hesabat dövrü ərzində 12 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 720 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İclasda, həmçinin İdarə Heyətinin 2018-ci ilin ikinci yarım ilinə dair iş planı müzakirə edilərək təsdiq olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK