adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyul 2018 17:00
7611
İDMAN
A- A+

Quti yenidən "Beşiktaş"da

İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Quti "Beşiktaş"da çalışacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə "Marca" xəbər yayıb. Veteran yarımmüdafiəçi İstanbul klubunda baş məşqçi Şenol Günəşin köməkçisi olacaq.

Bu gün 42 yaşlı məşqçinin "Beşiktaş"ın Slovakiyadakı təlim-məşq toplanışına qoşulacağı bildirilib.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Quti 2010-2011-ci illərdə "Beşiktaş"da çıxış edib. O, karyerasını məhz bu klubda başa vurub. Quti son olaraq "Real"ın U-19 komandasını çalışdırıb.