adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Iyul 2018 16:35
9682
DÜNYA
A- A+

Ərdoğan 5 gündən sonra yeni komandasını elan edəcək

24 iyun seçkilərində növbəti dəfə Türkiyənin prezidenti seçilmiş Rəcəb Tayyip Ərdoğanın 9 iyul, saat 16:00-da Türkiyə Böyük Millət Məclisində (parlament) andiçmə mərasimi keçiriləcək.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın türk xalqı və parlamentariləri qarşısında and içərək rəsmən vəzifəsinin icrasına başlamaqla Türkiyə rəsmən prezident üsul-idarəsinə keçəcək. Andiçmə mərasiminin ardından isə Ərdoğan yeni hökumətin tərkibini açıqlayacaq. Ehtimal olunur ki, Nazirlər Kabinetinin yeni tərkibində sürpriz adlar ola bilər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal bəyan etmişdi ki, yeni hökumətin tərkibi biznes sahəsi, mədəniyyət və idman dünyasındakı, ölkə xaricində yaşamış insanlardan formalaşdırıla bilər