ANA SƏHİFƏ / İDMAN

“Olimpiya”-“Qarabağ” matçının hakimləri bilindi

4153    |   2018-07-04 15:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Olimpiya” (Sloveniya) – "Qarabağ” (Azərbaycan) matçının hakimləri müəyyənləşib.

Qarşılaşmanı Belçikadan olan hakimlər idarə edəcəklər. İyulun 11-də baş tutacaq "Olimpiya”-"Qarabağ” oyununa baş hakim Lourens Visser təyin olunub. Oyunun yan xətt hakimləri Karel de Roker və Co de Veyrdt olacaqlar. Matçın dördüncü hakimi funksiyasını Bram van Drieşe yerinə yetirəcək.

Lyublyanada baş tutacaq qarşılaşmanın hakim-inspektoru litvalı Paulius Maljinskas olacaq.

Qeyd edək ki, Lyublyanadakı "Stojitse” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.



İmza:
SON XƏBƏRLƏR
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK