adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Iyul 2018 15:33
6179
GÜNDƏM
A- A+

Sərnişinlər nə vaxta kimi pulsuz daşınacaq?

İyulun 3-ü saat 19:00 radələrindən etibarən "BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

"BakuBus” MMC-dən Adalet.az-a verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Əlavə məlumat veriləcək.