adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Gün verib, işıq vermirlər - Emin Akif yazır

24468 | 2018-07-04 13:03

İşdən evəqayıtdım. Özümə yeni telefon almışdım.Dedim ki, ayaqlarımı uzadıb oturaram, internetin ləzzətini çıxararam. Bunudemişdim ki, işıqlar söndü. Səhər saat 10-dan bəri yanan işıq axşam 7-in yarısısöndü. Elə o dəqiqə bütün qonşular küçəyə axışdı. Hərə bir stul götürüb qoyduqapısının ağzına. Evdə hava yox, küçədə də ondan betər. Axşam qaranlığı düşdü.Telefonların enerjisi azdı deyə işlətməyə qorxurdum. Axşam düşdü. Artıq 1 saatkeçib, hələ də işıq yanmayıb. Su da gəlmir. Qonşumuz Xanbacı nənə ərinin sağolan vaxtlarından danışır, anam da ona dəstək kimi öz xatirələrini. Mənsə,siqaret fasilələri ilə onlara qulaq asıram. Bütün məhəllələrdə eyni vəziyyətdir.Bircə yol qırağında böyük bir marketdə işıqlar yanır.

Qəfilanam dedi:

- Bəlkəyığılıb gedək o işıqlı marketə?

- Niyəmama?

- Gedəkdə. Həm gəzərik marketdə, həm sərinlikdir, həm də işıqlı. Çıxanda da nəsəalarıq. Ki, guya nəsə almağa gəlmişdik.

Gülüşməyəbaşladıq.

Zarafata bonus kimi də mən dedim: Hə, Gün verib, işıq vermirlər də.

Dünənkigecə yadıma düşdü.

Dünən gecə anamın səsinə oyandım. Ki, mama təngənəfəsməni səsləyir. İstidən ürəyi sıxılmışdı, həm də yuxudan qəfil oyanıb, görüb həryer qaranlıqdı. Anamı çaş-baş şam axtarmağını, şamı yandırandan sonra oturub nəfəsdərməyini görəndə birtəhər oldum. Bugün işdə bütün fikrim anamda qalıb ki, görəsən,necədi? Tək nə edir? Qaranlıqda qorxmur ki?

Bayaqdan elə hey öz-özünə deyir, atan sağ olsaydı,generator alıb qoymuşdu evə. Şikəst gənclərik, vallah. Bizdən kimisə xoşbəxt edənçıxmaz, elə evlənməsək yaxşıdı...

Anam bir çimdik götürdü böyrümdən.

- Emin, gic-gic danışma. Nə olub, şükür Allaha, çətinlikdirdə, olur, sözdür dəı dedim.

Bu qaranlıqdan ürəyim sıxıldı. İnternetə də girəbilmirəm ki, görüm, ölkədə nələr baş verir. Dedim, heç olmasa camaatın bir azda sıx olan yerinə çıxım, bəlkə ağlım nəsə kəsdi. Gəldim həmin işıqlı marketinyan-yörəsinə. İşıqların sönməyindən artıq 4 saat keçib. Mən hələ küçədə bu qədəradam görməmişdim gecə vaxtı. Qəfildən yol qırağı dükanların işıqları yanmağa başladı.Bir-bir... Aha, deyəsən, qəsəbə işıqlı gecəyə qovuşdu. Hə, özüdür ki var. Yolu keçibqaçdım evə. Evə gələnə kimi küçədə bir nəfər də adam qalmamışdı. Bizi birləşdirənqaranlıqlar imiş, ilahi!

İnterneti açdım. Ki, aləm dəyib bir-birinə. Gündəmdəo qədər hadisə var ki, adam bilmir, hansından yazsın. Metroda qalan adamlar, Gəncəninicra başçısının güllələnməyi, suyun, işığın yoxluğu, isti hava və daha nələr, nələr.Hərə bir avaz oxuyurdu.

Səhəri açdım. Əynimi geyinib evdən çıxdım. 165 nömrəlimarşrutun qapısından sallana-sallana 20 yanvara çatdıq. Tıxac... İnşaatçılardabasabas yox olsa da, əynimdəki köynəyim çulunu sudan quru çıxara bilməmişdi.

Avtobuslar pulsuzdur, əla. Amma avtobus sürücüləri,xüsusən Bakubus olmayanlar...

Yol boyu əsəblər tarama çəkildi. Bu il deyəsənrayona gedən olmayıb, şəhər basdırırqdı. Mən bir şeyi başa düşmədim. Kaktusdadayandıq. Çoxumuzun xəbəri yox idi pulsuz olmağından. Sürücü verdiyimiz qəpiklərinhamısını ovcuna yığıb atdı avtobusdan çölə, birinin başına, birazını daasfaltın ortasına, sürdü getdi. Görəsən, xəbəri varmı ki, etdiyi bu hörmətsizliyəgörə cinayət işi düşür? Arxadan bir nəfər yaxınlaşdı. "Qardaş, al qəpiyinigötür, sürücü yerə atdı qəpikləri, niyə götürmədin?" dedi. Susdum. Susuram. Belə getsə, susacam da.

TƏQVİM / ARXİV