adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Iyul 2018 12:44
12012
DÜNYA
A- A+

Bərə qəzasında ölənlərin sayı 29-a çatdı

Dünən İndoneziya sahillərində içərisində 139 sərnişin olan bərənin aşması nəticəsində ölənlərin sayı artıb.

Adalet.az"Sinxua” agentliyinə istinadən xəbər verir ki, hələ də aparılan axtarış tədbirləri nəticəsində 29 nəfərin cəsədi aşkarlanıb.

"Son məlumatlara görə ölənlərin sayı 29 nəfərdir. Daha 41 nəfər itgin düşmüş hesab edilir” – xilasetmə xidmətindən agentliyə bildirilib.

Qeyd edək ki, iyulun 3-ü 2018-ci ildə səhər saatlarında İndoneziyanın Cənubi Sulavesi əyaləti sahillərində içərisində 139 sərnişin daşıyan bərə aşıb.