adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Iyul 2018 12:26
10066
DÜNYA
A- A+

Mağarada itkin düşən gənclər xilas edildi

Xilas etmə qrupu Taylandın şimalında "Çianq Rai” əyalətindəki, mağara kompleksini ziyarət edən uşaqları aşkarlaya bilib.

Adalet.az "Anadolu Ajansı”na istinadən xəbər verir ki, 12 uşaq və bir məşqçidən ibarət futbol qrupu 9 gün əvvəl suyun səviyyəsinin qalxması səbəbindən mağarada qapalı qalıblar.

Hazırda içlərində həkim və tibb bacılarının da olduğu 7 nəfərlik xilasetmə qrupu uşaqların yanındadırlar.

"12 uşaq və məşqçinin mağaradan çıxarılması üçün bütün variantları nəzərdən keçiririk. Onlara sualtı üzmə təlimləri verərək çıxarmaq da planlar içərisindədi. Lakin bunu etmək üçün buna 100 % əmin olmalıyıq” – axtarış tədbirlərini koordinasiya edən Tayland ordusu nümayəndəsi Arpakorn Yukonqkai mətbuat konfransında bildirib.

Dar mağara keçidlərini sel suyu basdığı üçün, uşaqların olduğu yerə təcrübəli dalğıcların belə bir neçə saata çatdığı bildirilir.

Məşqçi və uşaqların vəziyyətinin hazırda yaxşı olduğu və onların sağlamlığı üçün qida və lazımi bütün tədbirlər görülüb.