adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Iyul 2018 12:36
6277
GÜNDƏM
A- A+

Sərnişinlərdən pul alan sürücülər cəzalandırılacaq

Sərnişinlərin daşınmasında ödəniş tələb edən sürücülər və sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlər cəzalandırılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirilib ki, elektrik enerjisinin verilişində dayanıqlılıq olmadığından Bakı Metropoliteninin fəaliyyət göstərməməsi nəticəsində yaranan sərnişin sıxlığını aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyi zəruri tədbirlər görür, daşıyıcı şirkətlər qarşısında tələblər qoyur.

"Həmçinin sərnişinlərin ödənişsiz daşınması ilə bağlı daşıyıcılara məlumat verilib. Mövcud vəziyyətdə sərnişindaşıma prosesinin həyata keçirilməsinə maneə yaradan, qoyulan tapşırıqları yerinə yetirməyən, yalnız biznes maraqları güdən şəxslər barəsində ciddi tədbirlər görüləcək", - deyə M.Ağayev vurğulayıb.