adalet.az header logo
  • Bakı 19°C
04 Iyul 2018 12:01
14309
KRİMİNAL
A- A+

Keçmiş məhkum yenidən cinayət törədib

Bakıda soyğunçuluğa cəhd edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qadına qarşı soyğunçuluq edərək aradan çıxmağa çalışan şəxs yaxalanıb.

Belə ki, iyulun 3-də s Yasamal rayonunun H.B.Zərdabi küçəsində bir nəfər Bakı şəhər sakini G.Əmiraslanovaya zor tətbiq edərək içərisində 145 manatı və sənədləri olan pulqabısını alaraq aradan çıxmağa çalışıb. Ərazidə xidmət aparan 29-cu Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Araşdırma zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ağaəliyev olduğu müəyyən edilib. Maddi sübut ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.