adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyul 2018 10:57
6112
İDMAN
A- A+

DÇ-2018-də 1/4 finalın cütlükləri bəllidir

DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulub.

Adalet.az-ın məlumatına görə, ötən gün keçirilən iki oyunla sonuncu 1/4 final cütlüyü müəyyənləşib.

İlk olaraq meydana İsveç və İsveçrə yığmaları çıxıb. Burada qalib tərəf İsveç yığması olub. - (1:0)

Günün digər oyununda isə İngiltərə Kolumbiya ilə qarşılaşıb. Əsas hissəsi 1:1 hesablı bərabərliklə başa çatan matçda əlavə vaxt oynanılıb. Burada da qalib müəyyənləşmədiyindən, oyunsonrası penaltilərə ehtiyac duyulub. Pelantilər seriyasında isə İngiltərə yığmasının üzvləri daha dəqiq olublar. - (4:3)

Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 6-da start veriləcək.

6 iyul

18:00 - Uruqvay - Fransa
22:00 - Braziliya - Belçika

7 İyul

18:00 - İsveç - İngiltərə
22:00 - Rusiya - Xorvatiya