adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Iyul 2018 10:04
6247
MƏMLƏKƏT
A- A+

Ölkə üzrə enerji təminatı tam bərpa edilib

Bu gün səhər saat 04:00-dan etibarən ölkə üzrə elektrik enerjisinin təhcizatı tam bərpa olunub.

Bu barədə AzVision.az-a açıqlamasında "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, fərdi qaydada kimdəsə elektrik enerjisi təchizatı yoxdursa, 199 Çağrı Mərkəzinə zəng etsin.

"Hazırda elektrik enerjisinin təminatı ilə bağlı problem yoxdur. Kimdəsə elektrik enerjisi yoxdursa, zəng etsin, əməkdaşlarımız gəlib baxsın”.

Qeyd edək ki, Mingəçevr İES-də baş vermiş qəza nəticəsində əhaliyə elektrik enerjisinin verilməsində problem yaranıb.