ANA SƏHİFƏ / YAZARLAR

ŞAİRİN İLK NƏSR KİTABI

7674    |   2018-07-04 00:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstedadlı gənc şair kimi tanıdığım Ələmdar Cabbarlının yeni kitabı - "Qızıl" çapdan çıxıb. Amma bu kitabda onun şeirləri ilə deyil, bir povesti və doqquz hekayəsiylə tanış oldum.
Bədii yaradıcılıq ilk növbədə, istedad amili ilə bağlıdır. Bir şairin nəsr əsərləri yazması, yaxud bir nasirin lirikaya üz tutması ədəbi aləmdə heç də gözlənilməz hadisə kimi qarşılanmır. Lakin şairin nəsrində, yaxud nasirin lirikasında çox az hallarda ədəbi uğur müşahidə olunur. Ələmdar Cabbarlı bu ilk nəsr kitabında məhz bir nasir kimi də diqqəti cəlb edir. Əlbəttə, tam qətiyyətdə hökm vermək olmur ki, onun povesti və hekayələri müasir nəsrin tələbləri ilə bütünlüklə səsləşir, necə deyərlər, bu əsərlər üçün yalnız yaşıl işıq yanır, qırmızı işıq təhlükəsi yoxdur. Təbii ki, Ələmdarın nəsrində də bəzi məqamlar var ki, gələcək hekayələrində bunlar aradan qaldırıla bilər. Amma indi mən bu kitabın nəzərə çarpan məziyyətlərindən söz açmaq istəyirəm.
Ələmdarın "Qızıl" kitabında toplanan nəsr əsərlərini Zaman və Məkan prinsipiylə səciyyələndirməli olsaq, Zaman çox da uzaqlara gedib çıxmır. Elə Ələmdarın öz yaşadığı dövrü-səksəninci illərdən ta bu günə qədər olan bir zamanı əhatə edir. Sovet dövrü və müstəqillik illəri Ələmdar hər iki zamanın maddi-mənəvi prinsiplərinə yaxşı bələddir. Məkan isə əsasən Kənddir, bu kənd tipik Azərbaycan kəndidir, onun öz yaşadığı kənddir-bunun elə bir əhəmiyyəti yoxlur. Məsələ ondadır ki, onun qəhrəmanları şəhər mühitində də öz mənəvi keyfiyyətlərini itirmirlər.
Ələmdar bütün yazılarında əsl kənd adamıdır, kəndin bütün etnik, milli-məişət səviyyəsini özündə, varlığında əks etdirən bir ziyalıdır, belə olmasaydı, o, son dərəcə koloritli, bütün kökü-köməci ilə torpağa bağlı obrazlar yarada bilməzdi.
Söhbətimizə "Kino" povestindən başlayaq.
"Kəndə hay düşdü ki, Qulu təzə kino gətirir. Yox, qoy lap başdan danışım. Səhər saat doqquzda onuncu siniflərin valideyn iclasına toplaşanların arasında Qulunu görməyən direktor Sabir müəllim Qulunun oğlundan "a bala, sənin atan niyə gəlməyib" soruşanda Həmid dilləndi:
- Müəllim, atam bu gün qoyun nobatındadı.
- Bala, atan dünən də nobatdaydı, axşam xırmanda qoyun otarmağa gedəndə özüm görmüşəm, bu nobat ayda bir dəfə olmur?
- Müəllim, atam nobatı dəyişib iki gün dalbadal gedir. Birisigündə-zadda rayona gedib kəndə kino gətirəcək. Deyir, Bakıdan qəşəng kino gətiriblər, o biri kənddən qabaq özüm gətirəcəm, qoy birinci bizim camaat baxsın. Povestdən gətirdiyim bu kiçik parçada Ə.Cabbarlının səliqəli-səhmanlı yazı tərzi ilə tanış olduq. Kənd koloritinə məxsus sözlərin, ifadələrin, danışıq tərzinin ahəngi xoş bir ovqat yaradır. Onun digər hekayələrində də belə şirəli dil faktoru ilə qarşılaşırıq.
Povestin süjeti ilk baxışda ciddi əhəmiyyət daşımayan bir hadisə üzərində qurulub. Köhnə bolşevik Nuru kişi kino göstərən Qulu ilə "konfliktə" girir. "Oğul, sənə neçə dəfə demişəm biçin vaxtı kəndə kino gətirmə, camaatı işdən-gücdən aralama. Mən icazə vermərəm o kino kəndə gəlsin". Amma Qulu inadkardır, istəyir ki, kənd camaatına mədəni xidmət göstərsin. Məsələ o yerə çatır ki, bu sərt və köntöy kolxoz sədri Qulunun məsələsini partiya iclasına çıxarır. İclas qərara alır ki: "Kənd sakini Qulu Mahmud oğlu partiya nizamnaməsinə zidd olaraq sovet zəhmətkeşlərini işdən yayındırdığına görə, onun kənd klubunun müdiri vəzifəsindən azad olunması və partiya sıralarından çıxarılması əlaqədar təşkilatlardan xahiş edilsin". Bu, sovet dövrünün həqiqəti ilə tam səsləşir. Nuru kişi öz "qələbəsinə" sevinir. Amma Qulu da dediyindən dönmür, klubda gətirdiyi kinonu nümayiş etdirir. Sədrin qorxusundan isə bir-iki nəfərdən savayı heç kimi kinoya baxmağa gəlmir. Nuru kişi öz "qələbəsinə" tam arxayın halda kənd klubuna-kino göstərən yerə daxil olur, burada isə gürcü filmi - "Əsgər atası" nümayiş etdirilir. Və bu zaman gözlənilməz bir hadisə baş verir. Vaxtilə Nuru kişinin beş oğlundan ikincisi - Həsən müharibəyə gedib, amma qayıtmayıb, Nuru kişi onun həsrətiylə yanıb-yaxılır, çox yerə müraciət edib, amma oğlunun öldü-qaldısından xəbər yox. Filmə baxandan sonra Nuru kişi kövrəlir: "Kaş ki, mən də o vaxt Həsənimin dalınca axıra kimi gedəydim, son kəlməsini eşidəydim". Və Nuru kişi bir cərgə arxada əyləşən buxalterə, ferma müdirinə və anbardara çevrilib deyir ki, gedin, camaatı tökün gətirin bura". Beləliklə, "konflikt" həll olunur. Amma burada təkcə Qulunun qələbəsi əsas deyil, həm də sənətin təsiredici gücüdür ki, sərt və köntöy kolxoz sədrinin qəlbini yumşaldır. Bu hadisə, öncə qeyd etdiyim kimi, sırf sovet dövrü zamanına aiddir və o dövrün səciyyəvi qüsurlarını üzə çıxarır, eyni zamanda iki bir-birinə zidd xarakterin təcəssümünə çevrilir.
Ələmdar Cabbarlının povestində və hekayələrində ikinci uğurlu cəhət həyati obrazlar yaratmaq cəhdidir və o, bir çox hallarda buna nail olur. "Mirzə əfsanəsi" hekayəsində Ələmdar çox mürəkkəb səciyyəli bir obraz yaradır. Hekayə-portret adlandırdığı bu yazıda Ələmdar bir insanın - Mirzə müəllimin - əslində, bir az Anarın Feyzulla Kəbirlinski obrazını xatırladan bu insanı bütün səciyyəvi xüsusiyyətləri ilə "rəsm" edir. Amma Mirzə müəllim Kəbirlinskidən fərqli olaraq heç də istedadsız adam deyil, məclislərdə şeir deyir, nitq söyləyir, hər bir məsələyə öz münasibətini bildirir və s. Amma onun "istedadı" dərinliklərə vara bilmir, hamısında yarımçıqdır. Bununla belə, Mirzə müəllim həm də kövrək adamdır, məsələn, restoranda öz yemək payını ofisianta verir ki, aparıb evdə arvad-uşağına yedirsin. Beləliklə, Ələmdar bu günün bir çox insanlarını xatırladan maraqlı bir obraz yaradır.
Onun təsvir etdiyi obrazlar adi insanlardır - bu insanlar heç bir qeyri-adiliyi ilə seçilmirlər, lakin onların düşdükləri hal-qəziyyə bəzən qeyri-adi təsir bağışlayır. Ya da onlar gözləmədikləri bir hadisə ilə üzləşirlər.
"Zurnaçı" hekayəsinin qəhrəmanı Möhübbət uzun illərdir ki nazirlikdə işləyir, amma nə qədər bacarıqlı və işgüzar olsa da, vəzifə pilləsini aşa bilmir, buna ehtiyacı da var, çünki maddi cəhətdən sıxıntılı halda yaşayır. Neçə dəfə nazirə müraciət edir, amma... Axırda nazir onu yanına çağırır, Möhübbət sevinir ki, bəlkə bu çağırışda dərdinə dərman tapıla. Nazir isə ona deyir ki, uşağının toyuna bir zurnaçı tapsın. Komik situasiya faciəvi "dona" girir. Möhübbət müəllim suyu süzülə-süzülə nazirin otağını tərk edir. Bu hekayə, əslində, novelladır. Yeri gəlmişkən, qeyd edim ki, Ələmdar Cabbarlı öz povestində və bir neçə hekayəsində novella janrına xas olan - gözlənilməz hadisə sonluğuna müraciət edir, bu, onun yazılarına xas olan bir üsul kimi maraqlı təsir bağışlayır. Bunu "Aptekçi" və "Portret" hekayələri haqqında da söyləyə bilərik.
Ə.Cabbarlı həyatın, yaşadığı mühitin neqativ, nöqsanlı cəhətlərini, bürokratiyanın, mənəm-mənəmliyin, gözə görünən qüsurlarını da hekayələrində yeri gəldikcə əks etdirir. Burada o, satira üsuluna müraciət edir. Məsələn, "Qol" hekayəsində Mirzə Cəlil satirasından gələn bir təsiri hiss edirsən. Adi bir göndərişə qol çəkmək üstündə dava-dalaş gedir, kim birinci, kim ikinci, kim axırıncı qol çəkmədir - az qala bu məsələ "beynəlxalq müstəviyə" çıxarıla.
Nəhayət, "Qızıl" hekayəsi haqqında. Bu hekayədə bir itin erməni zabitini necə parçalayıb öldürməsi yaddan çıxmır. Əlbəttə, burada təəssüfləndirici məqamlar çoxdur. Niyə belə oldu? - suallar bir-birini əvəz edir.
İlk nəsr kitabı heç də pis təəssürat oyatmır. Əksinə, hiss edirsən ki, şair Ələmdar Cabbarlı şeirdə deyə bilmədiklərini nəsr əsərlərində deyə bilər. Amma Ələmdar Cabbarlı həyatı, insanlararası münasibətləri daha dərindən öyrənməli, reallıqlara can atmalıdır.
Ələmdar Cabbarlı ilk nəsr kitabıyla maraqlı bir nasir olacağına ümid yaradır və bu yolda ona uğurlar arzulayaq!



YAZARIN ARXİVİ

2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK