QURBANƏLİ BƏYİN TAPANÇASINI GÖZÜNƏ SOXARDILAR

AQİL ABBAS
100558 | 2013-04-10 08:53
Nə olar Rəsul Həmzətov deyəndə, ağıllı  fikirdi:"Keçmişə güllə atsan, gələcək səni topa tutacaq!" Biz keçmişə güllə atmırıq ey, güllə atsaq  dərdyarıdı, biz keçmişə  top atırıq. Buməntiqlə gələcək də bizə atom bombası atacaq, sonra biz də yaponlar kimi bu atom bombasının təsirindənkəndimizə gəlib daha ağıllı işlərlə məşğul olacağıq.

Məsələ nədi. Uzun müddətdir ölkədə  müəyyən bir qrup şəxsmillətin  inanclarını, milli-mənəvidəyərlərini, görkəmli şəxsiyyətlərini aşağılamaqdan, nüfuzdan salmaqdanötəri  qollarını, daha dəqiq desək,qələmlərini  çırmalayıb düşüblərmətbuatın  canına. Elə bil  kimlərinsə qarşısında  öhdəlik götürüblər. Özü də bu şəxslər tanınmış ziyalılardı, ağıllı və çox savadlı insanlardı.

Sanki qarşılarına belə bir məqsəd qoyublar ki, bu millətinbütün qəhrəmanlarını  yerlə-yeksanetsinlər və dünyaya göstərsinlər ki, bu millət şəxsiyyət yetişdirməyə qadirdeyil.

Babək haqqında, Nəsimi, Şah İsmayıl, Koroğlu, Qacar, MirzəFətəli Axundov, Qaçaq Nəbi, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Sabir,Mirzə Cəlil, Elçibəy (tam siyahı deyil) haqqında nələr yazmırlar, nələruydurmurlar, nələri  müzakirə mövzusuna  çevirmirlər?!

Allah sənə rəhmət eləsin, Səməd Vurğun, yaman demisən! Ammayazmıram. Çünki həmin şəxslər millətimiz üçün az-çox gərəkli  insanlardı vəmənim də  onlara az-çox hörmətim var. Zaman-zamanonlara cavab verməyə  çalışmışam. Başqaziyalılarımız da onlara  sözlərini  deyiblər və deyirlər, amma xeyri yoxdu.

Son günlər hədəfdə Mirzə Cəlildi, Sabirdi və təbii ki, "Molla Nəsrəddin"jurnalıdı.

Bu dəqiqə  həvəsimyoxdu bu mənasız və zərərli müzakirəyə qoşulmağa, amma bir məsələyə toxunmayabilmərəm.

Oxudum, deyirlər ki, "Qurbanəli bəy  Mirzə Cəlilin başına  tapança dirəyibmiş".

Əvvəla, Mirzə Cəlil Qurbanəli bəyi aşağılamaq üçün ohekayəni yazmayıb. Həmin hekayədə Ustadın məqsədi  tamamilə başqa bir məsələdir, özü də çoxciddi məsələ. Həmin hekayəni diqqətlə oxusalar, Qurbanəli bəyin qaçıb axurda  gizlənməsininsəbəbini  anlamaq üçün alim olmaq lazımdeyil.

Keçək ikinci məsələyə. Mirzə Cəlil sıradan bir adam  deyildi ki, "kakoy-nibud" birQurbanəli bəy onun başına  tapança  dirəyəydi.

Həmidə xanım Mirzə Cəlilin namusu  olduğu kimi, Mirzə Cəlil də Həmidə xanımınşərəfi, başının tacı idi. Kimin hünəri çatardı ki, Pənah xanın nəvəsi, həttaAğa Məhəmməd şah Qacar kimi bir sərkərdənin belə çəkindiyi Məmməd bəyCavanşirin nəvəsi Həmidə xanımın - Mircəfər Bağırov kimi bir əjdahanınqabağından qaçmayan, heç dəvətini qəbul etməyən Həmidə xanımın -  başının tacına, şərəfinə silah çəkəydi.Həmidə xanım həmin adamı  (bəy yox, lapxan olsun) deşik-deşik edərdi. VəQurbanəli bəyi də at axuruna yox, it damına salardı.

Sonrası.Mirzə Cəlilin qardaşı Mirzə Ələkbər Səttarxanın igid komandirlərindən biriydi. Millətinin şərəfini,qeyrətini qoruyan bir igid öz doğma qardaşına edilən həqarəti yeyə bilərdimi?Gəlib Qurbanəli bəyi ağaca  keçirərdi.Özü də həmin vaxtlar xəstələndiyindən Kəhrizlidə, Mirzə Cəlilgildə yaşayırdı.Yeri gəlmişkən, elə Kəhrizlidə vəfat edib və Əhməd bəy Cavanşirin qəbrininyanında dəfn olunub.

Daha sonra.İçində bir qıça da qorxu hissi olmayan Mirzə Cəlil Qurbanəli bəyin qabağındanqaçardımı?!

Bu birhəqiqətdir ki, Qarabağ bəylərinin bir çoxu Mirzə  Cəlili sevmirdi. Bilirsizniyə? Yazılarına görə yox, heç indi - XXI əsrdə bəylər yazı  oxumur, ondakı XXəsrin əvvəlləri ola.

BəylərMirzə Cəlili oxusaydılar XX əsrin sonlarında Məmməd  Araz yazmazdı:

Biz niyə bugünə düşdük, ay dədə?!

Qarabağbəylərinin bir çoxu  Mirzə Cəlili onagörə sevmirdilər ki, Həmidə xanım onları yox, Mirzə Cəlili seçmişdi.

Bəli, Xannəvəsi bəyləri deyil, Mirzə Cəlil Xanı seçmişdi.

Qurbanəlibəy  Mirzə Cəlilin başına tapança  dirəmişdi?! Ay siz öləsiz!

Aqil ABBAS

[email protected]

TƏQVİM / ARXİV