ANA SƏHİFƏ / DÜNYA

İraq və Türkiyə PKK-ya qarşı birləşdi

6316    |   2018-07-03 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

PKK terror təşkilatı ilə mübarizə aparmaq üçün İraq həqiqətən də Türkiyə ilə əməkdalıq etməyə hazırdır. Adalet.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahcub deyib.

Talibanı nümunə gətirən Mahcub İraqın PKK terror quplaşması ilə təkbaşına mübarizə apara bilməyəcəyini əsas gətirərək, Türkiyənin PKK-ya qarşı əməliyyatlarında dəstək olacaqlarını vəd edib. "PKK-nın İraqdakı mövcudluğu 1980-cı illərin ortasına gedib çıxır. Dağlardakı qruplaşmaların varlığına son qoymaq mümkün deyil. Taliban təşkilatının nümunəsi var. PKK-nın İraq və Türkiyə arasındakı sərhəd bölgələrində mövcudluğunun tamamilə bitdiyini deyə bilmərəm. Bu qəti deyil və imkansızdır. Biz bu qruplarla mübarizə aparmaq üçün həqiqətən də Türkiyə ilə əməkdaşlığa hazırıq. Çünki İraq da həmin qruplaşmaların terror təşkilatı olduğuna inanır. Bizim PKK ilə mübarizə aparmaq və onları məğlub etməyə gücümüz yoxdur. Bu qruplaşmaların blokadaya alınması və məhv edilməsi məsələsində Türkiyəyə dəstək və əməkdaşlıq sözü veririk”, - deyə İraq XİN sözçüsü bildirib.



Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalının PKK terrorçularından təmizlənməsi üzrə əməliyyatları davam etdirir. Əməliyyatların başlıca məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək, PKK terrorçularının həmin ərazilərdəki sığınacaqlarını dağıtmaq, onların Türkiyə ərazisinə keçmələri, həmçinin silah-sursat ötürmələrinin qarşısını almaqdır. Hərbi əmləiyyatların yekun hədəfi isə İraqın şimalındakı Qəndil şəhərini təmizləməkdir. Çünki PKK teror təşkilatının əsas yuvası Qəndil şəhərinin dağlıq ərazisində yerləşir və terrorçuların bütün koordinasiyası buradakı mərkəzdən idarə olunur. TSQ İraqın Suriya ilə sərhəddindəki Sincar şəhərində də əməliyyatlar aparmaq niyyətindədir. Çünki PKK buranı ikinci Qəndilə çevirmək istəyir.

Bundan əvvəl İraqın baş naziri Heydər əl-İbadi bəyan etmişdi ki, PKK ilə mübarizədə İraqın suverenliyinin pozulmasını qəbul etməyəcəklər. Odur ki, Ankara PKK terrorçularına qarşı hərbi əməliyyatlarda əməkdaşlığa dair ABŞ və İraq hakimiyyətilə, o cümlədən İraqın şimalındakı kürd muxtariyyətinin rəhbərliyi ilə müzakirələr aparır.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK