adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
03 Iyul 2018 17:24
7807
MƏMLƏKƏT
A- A+

“Azərbaycan” İES-in bloklarından biri işə salındı

"Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyətini dayandırmış bloklarından 1-i işə salınıb.

Bu barədə AzVision.az-a "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Qurum rəsmisi qeyd edib ki, yaxın dəqiqələrdə 2-ci blok da işə salınacaq: "Hadisənin baş verdiyi yarımstansiyalarda mütəxəssislər tərəfindən işlər davam etdirilir. İkinci blokun işə salınması üçün son sınaq sazlama işləri aparılır".

Y.Babanlı əlavə edib ki, ölkənin elektrik enerjisi ilə təchizatı 90 faiz bərpa edilib.
Qeyd edək ki, bu gecə Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.