ANA SƏHİFƏ / YAZARLAR

Sizə kim dedi ki, biz işıqlı adamlarıq? - Emin Akif yazır

14095    |   2018-07-03 15:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni əsrin başlanğıcı idi. Yaşımın az vaxtları.

İşıqlarımız tez-tez sönürdü. Atam da uzaq səfərə çıxırdı. Günlərlə qaranlıqda otururduq. Ləmpə işığında, neft qoxusunu uda-uda.

Atam evdə olanda isə işığın sönməyi bir o qədər də bizi məyyus etmirdi.

Elə ki işıq söndü, atam 80-ci illərdən yadigar gitarasını qulunun altına vurub başlayardı bildiyi musiqiləri ifa eləməyə. Mən balaca idim. Məni oynatmaq üçün oynaq mahnılar çalırdı. Anamsa masanın üstündə ritm vururdu. Sonra isə hansısa kədərli mahnının ab-havasına qapılıb gedərdi atam. Anamın ritm vuran əlləri çənəsinə dayağa çevrilərdi.

Atam şən mahnılardan sonra niyə kədərli mahnılara qapılırdı? Bilmirdim.

Böyüdükcə başa düşdüm ki, bəlkə də atam öz gələcəyindən çox mənim üçün qorxurdu. Qorxurdu ki, bu uşaq böyüyüb günü-güzəranı necə keçəcək? Oğlumun bəhrəsini görəcəyəmmi?

Getdikcə hər sual öz cavabını tapmağa başladı içimdə. Bizim qaranlıq günlərimiz az olmayıb axı. Axı mən bilirdim ki, atamın səfər vaxtına düşən qaranlıq günlərlə, evdə olduğu qaranlıq günlər bir-birinə oxşamır.

Ailəmizi çilçırağa bənzədirəm. Üç lampası olan çilçıraq. Üç lampanın işığı ilə ikisinin işığı bir deyil.

İndi hər dəfə işığımız sönəndə uşaqlığım yadıma düşür.

Hər işıq sönəndə qaynar xəttə zəng vurub işığın nə vaxt yanacağını soruşanda bir az da məyyus oluram.

Yayın bu istisində işıqmı kəsilər? Kəsilərmiş... Elə bir neçə gün qabaq da işıqlarımızı kəsmişdilər. Hələ Mingəçevirin ürəyi partlamamışdı. Adi günlərdən biri idi. Qaynar xəttə zəng vurdum.

- Xanım, salam.

- Salam, buyurun.

- Xanım, işıq pulunu vaxtında ödəməyəndə gəlib işığımı kəsirsiz ya yox?

- Hə, kəsirik.

- Güzəşt etmirsiz ki?

- Yox.

- Bəs, yaxşı, indi mən işığımın pulunu artıqlamasıyla ödədiyim halda niyə işığım kəsilməlidir? Niyə bu istidə, özü də axşam qaranlığında küçələrdə qalmalıyam?

- Ay qardaş, mən neyləyim? Ustaları göndərmişik, düzəldəcəklər.

- Yox, axı bu birinci deyil. Nə qədər düzəltmək olar. Problem nədir, deyin, biz də işimizi bilək də.

- Əşşi, gedin işıq idarəsinə, ərizə yazın, şikayət edin.

- Yaxşı, olsun...

Biz bütün hadisələrə pozitiv yanaşan camaatıq. Vallah, internetdə işıqların olmamağına yazılan statuslar da buna sübutdur. Amma...

...elə istəyirdim ki, bugün iadərəyə baş çəkəm. Bəlkə biz bu problemə bir ad qoya bildik. Axşam bütün ölkədə işıqlar kəsildi. Həç yerdə işıq olmadı bütün gecə. Sonra bəlli oldu ki, Mingəçevirdə problem yaranıb. İndi mən hansı üzlə işıq idarəsinə gedib şikayət edim? Deməzlərmi ki, işıqsız qalan bircə sənsən?

Hə, bunun adı "hamınızın xatirinə birinizə qurban mən olum” dur. Susdum. Əşşi, sizə kim dedi ki, biz işıqlı adamlarıq? Qoy bir dəfə də olmasın da. Olan şeydi, düzələr.




İmza:

YAZARIN ARXİVİ

2018-09-22 : Ağdamda son azan
2018-09-22 : SƏS ÖMRÜ
2018-09-20 : Liftin dramı
2018-09-20 : Şeyx qan verdi
2018-09-20 : TƏBRİK
2018-09-19 : İYDƏLİ PİR
2018-09-18 : NİZAMİ UCALIĞI
2018-09-18 : Hakim etikası
2018-09-18 : Xoşbəxtlik
2018-09-18 : VADAR OLDUM
2018-09-18 : Dayandur SEVGIN
2018-09-14 : O, əsl insan idi
2018-09-14 : QƏRAR
2018-09-14 : O, əsl insan idi
2018-09-14 : Avtoportretvari
2018-09-13 : O, əsl insan idi
2018-09-13 : Rüstəm Behrudi
2018-09-12 : O, əsl insan idi
2018-09-12 : Zaman və biz
2018-09-12 : KOR
2018-09-11 : Seyran İsmayıl
2018-09-08 : Canıyanan adam
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK