adalet.az header logo
  • Bakı 13°C

Sizə kim dedi ki, biz işıqlı adamlarıq? - Emin Akif yazır

22471 | 2018-07-03 15:53

Yeni əsrin başlanğıcı idi. Yaşımın azvaxtları.

İşıqlarımız tez-tez sönürdü. Atam da uzaq səfərəçıxırdı. Günlərlə qaranlıqda otururduq. Ləmpə işığında, neft qoxusunu uda-uda.

Atamevdə olanda isə işığın sönməyi bir o qədər də bizi məyyus etmirdi.

Eləki işıq söndü, atam 80-ci illərdən yadigar gitarasını qulunun altına vurubbaşlayardı bildiyi musiqiləri ifa eləməyə. Mən balaca idim. Məni oynatmaq üçünoynaq mahnılar çalırdı. Anamsa masanın üstündə ritm vururdu. Sonra isə hansısakədərli mahnının ab-havasına qapılıb gedərdi atam. Anamın ritm vuran əlləri çənəsinədayağa çevrilərdi.

Atamşən mahnılardan sonra niyə kədərli mahnılara qapılırdı? Bilmirdim.

Böyüdükcəbaşa düşdüm ki, bəlkə də atam öz gələcəyindən çox mənim üçün qorxurdu. Qorxurduki, bu uşaq böyüyüb günü-güzəranı necə keçəcək? Oğlumun bəhrəsini görəcəyəmmi?

Getdikcəhər sual öz cavabını tapmağa başladı içimdə. Bizim qaranlıq günlərimiz azolmayıb axı. Axı mən bilirdim ki, atamın səfər vaxtına düşən qaranlıq günlərlə,evdə olduğu qaranlıq günlər bir-birinə oxşamır.

Ailəmiziçilçırağa bənzədirəm. Üç lampası olan çilçıraq. Üç lampanın işığı ilə ikisininişığı bir deyil.

İndihər dəfə işığımız sönəndə uşaqlığım yadıma düşür.

Hər işıqsönəndə qaynar xəttə zəng vurub işığın nə vaxt yanacağını soruşanda bir az da məyyusoluram.

Yayınbu istisində işıqmı kəsilər? Kəsilərmiş... Elə bir neçə gün qabaq daişıqlarımızı kəsmişdilər. Hələ Mingəçevirin ürəyi partlamamışdı. Adi günlərdənbiri idi. Qaynar xəttə zəng vurdum.

- Xanım, salam.

- Salam, buyurun.

- Xanım, işıq pulunu vaxtında ödəməyəndə gəlibişığımı kəsirsiz ya yox?

- Hə, kəsirik.

- Güzəşt etmirsiz ki?

- Yox.

- Bəs, yaxşı, indi mən işığımın pulunuartıqlamasıyla ödədiyim halda niyə işığım kəsilməlidir? Niyə bu istidə, özü dəaxşam qaranlığında küçələrdə qalmalıyam?

- Ay qardaş, mən neyləyim? Ustaları göndərmişik,düzəldəcəklər.

- Yox, axı bu birinci deyil. Nə qədər düzəltməkolar. Problem nədir, deyin, biz də işimizi bilək də.

- Əşşi, gedin işıq idarəsinə, ərizə yazın,şikayət edin.

- Yaxşı, olsun...

Bizbütün hadisələrə pozitiv yanaşan camaatıq. Vallah, internetdə işıqlarınolmamağına yazılan statuslar da buna sübutdur. Amma...

...eləistəyirdim ki, bugün iadərəyə baş çəkəm. Bəlkə biz bu problemə bir ad qoyabildik. Axşam bütün ölkədə işıqlar kəsildi. Həç yerdə işıq olmadı bütün gecə.Sonra bəlli oldu ki, Mingəçevirdə problem yaranıb. İndi mən hansı üzlə işıqidarəsinə gedib şikayət edim? Deməzlərmi ki, işıqsız qalan bircə sənsən?

Hə,bunun adı "hamınızın xatirinə birinizəqurban mən olum” dur. Susdum. Əşşi, sizə kim dedi ki, biz işıqlı adamlarıq?Qoy bir dəfə də olmasın da. Olan şeydi, düzələr.


TƏQVİM / ARXİV