Əbülfət Mədətoğludan yeni şeir: ELƏ
Ruhum yatır sinəndə
Əlini günlük elə...
ruhunu da ona qoş-
yanını güllük elə!..
Nə yuxumdan çıxıb get,
nə fikrimi sən tərk et...
Harayıma hər an yet-
ömrümü tünlük elə!..
Qəlbim boşdu ev kimi,
demirəm dön, sev kimi?!
ona dəli sevgimi-
Allah, min illik elə!