adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyul 2018 15:23
227538
GÜNDƏM
A- A+

MİLLİ QƏHRƏMANIMIZ FRED ASİF ANILDI

Bu gün II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin (Asif Yusif oğlu Məhərrəmov) məzarı ziyarət edilib. Anım günündə Fred Asifin döyüş yoldaşları, yaxınları və ailə üzvləri iştirak edibdir.

Tədbir iştirakçıları onun məzarı başında çıxış edərək qəhrəmanın keçdiyi şərəfli həyatından, , qəhrəmanın döyüş yolundan, onun ermənilərə qarşı apardığı mübarizədən, Milli Qəhrəmanla bağlı xatirələrdən söz açıblar.

Xatırladaq ki, Fred Asif 1952-ci il, iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın ermənilərlə həmsərhəd kəndlərində düşmənə qarşı döyüşüb. Sonralar isə hərbi hissə yaradaraq torpaqlarımızı erməni təcavüzündən müdafiə edib.


Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində komandir kimi vuruşub. 1992-ci ildə dekabrın 7-də Azərbaycanın Milli Qəhrəmanı adına, "Məhəmməd Əsədov Mükafatına” layiq görülüb.

Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. İyulun 3-də Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.