ANA SƏHİFƏ / DÜNYA

PUTİNİN DANIŞAN DİLİ DUQİN DEYİL, LAVROVDU

6479    |   2018-07-04 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sağ olsunlar bir topa urus politoloqlar, deputatlar yığışıb gəliblər Azərbaycana. Gediblər Cocuq-Mərcanlıya, orda bizimkilərlə birlikdə bir konfransmı-forummu keçiriblər. Orda da, Duqin adlı bir nəfər başda olmaqla, Urusetdən gələnlər deyiblər ki, Ermənistan Dağlıq Qarabağı və 7 rayonu qaytarmalıdır.

Mətbuatımız da gözəl manşetlər atıblar:

«Duqin dedi ki, beş rayon qaytarılmalıdır…»

«Dumanın vitse-prezidenti sərt qonuşdu: «Dağlıq Qarabağ Azərbaycan torpağıdır…»

Nə bilim, hansı urus deputatsa dedi ki, «Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdı…»

«Paşinyan rusların Mərcanlı səfərindən bərk təşvişə düşüb…»

«Paşinyan həyəcan içindədi…»

«Paşinyan şalvarını batırıb…»

«Duqin Putinin danışan dilidi»…

Bu yerdə lap gül vurmuşuq. Əvvəla, Putinin öz dilinə nə olub ki, Duqin onun dili olsun? İkincisi də, Putinin danışan dili varsa, dostlar, o da Duqin deyil, Lavrovdu.

(Məmmədhüseyn Təhmasib, «Azərbaycan nağılları», 2525-2713-cü səhifələr, BMT-nin 4 qətnaməsi)




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı tullansam, neçə günə yerə çataram?
O biri alkaş deyir:
- Bir həftəyə...
- Bəs görəsən ölərəm?
- Bəs necə, ölərəm də sözdüü? Bir həftə ac, susuz, araqsız yol gedirsən eee...




digər lətifələr
ARXİV
FACEBOOK