warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Aqil ABBAS: ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ? Adalet.az | Aqil ABBAS: ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ?

14447    |   2018-07-04 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Camaatımız yavaş-yavaş çıxıb gedir Qarabağa. Yorulurlar, bezirlər, usanırlar, ATƏT-in, BMT-nin bəyanatlarından çərləyirlər və çıxıb gedirlər. Dəfn çox, yas çox. O qədər yasa gedirik ki, evdə arvad da çayı verəndə deyirik, Allah qəbul eləsin. Nə isə.

Fikrim başqadı. Adətən, dəfnlərdə molla «Quran» oxuyur, sonra bir «Fatihə» verir , üzünü də tutur camaata deyir:

- Haqqınızı halal edin!

Camaat da xorla:

- Halalı olsun!

Yaşlı adamların, həyatını sürmüş adamların üstündə qohum-əqrəbasından kiminsə haqqı ola bilər, o da haqqını halal edər. Yaxşı.


Amma həmişə bir şey məni bir qədər hövsələdən çıxarır. Nədir məsələ?

18-20 yaşlarında gənclər bu millətin yolunda, bu Vətənin yolunda, sizlərin, bizlərin yolunda şəhid olurlar ki, Vətən yaşasın, bizlər yaşayaq. Barmağımız qanayanda bilmirik canımızı hara qoyaq. Amma bu gənclərin barmaqları qanamayıb ey, bağırları qanayıb, sinələrini bu millət, bu Vətən yolunda, yuxarıda dediyim kimi, düşmən gülləsinə sipər ediblər, canlarını qurban veriblər.

Və dəfnləridi. Molla da üzünü tutur camaata və deyir:

- Haqqınızı halal edin!

Camaat da xorla:

- Halalı olsun!

Sizin, bizim o şəhidlərin üstündə hansı haqqımız var ki, halal edirik? Heç bir haqqımız yoxdu. Onların bizim üstümüzdə haqqı var, özü də əvəzolunmaz haqları var. Onlar bizim üçün şəhid olublar, biz onlar üçün yox. Onların üstündə olmayan haqqımızı halal edirik. Vay dədəm, vay. Əslində molla şəhiddən soruşmalıdı:

- Haqqını halal edirsənmi?

Ayın 3-də Fred Asifin qəbrini ziyarət etdik. Həmin Fəxri Xiyabanda yüzlərlə şəhid yatır. Nazim Hikmət demiş, şəhidlərimizi bərəkət toxumu tək basdırmışıq torpağa, gah Bakıda, gah Naxçıvanda, gah Lənkəranda, gah Qazaxda, Tovuzda, Gəncədə, gah da Ağdamda… Azərbaycanın elə bir şəhəri, qəsəbəsi yoxdur ki, orda şəhid qəbri çiçəkləməsin.

Şəhidlər Xiyabanında Fred Asifin qəbri üstündəydik. Fred Asif haqqını bizə halal edibmi?! İmam Hüseyndən şəhidlik dərsi almış, İmam Hüseyn məktəbinin yetirmələri olan Allahverdi Bağırov, Şirin Mirzəyev, Ramiz Qəmbərov, Əlif Hacıyev, Vəzir Orucov, Raquf Orucov, Murad Mirzəyev, Mübariz İbrahimov… 20 minə yaxın şəhidimiz görən, haqlarını bizə halal ediblərmi?!

İnanmıram!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-05-25
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK