adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS: ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ?

AQİL ABBAS
61864 | 2018-07-04 10:11

Camaatımız yavaş-yavaş çıxıbgedir Qarabağa. Yorulurlar, bezirlər, usanırlar,ATƏT-in, BMT-nin bəyanatlarından çərləyirlərvə çıxıb gedirlər. Dəfn çox, yas çox. O qədər yasa gedirik ki, evdə arvad da çayı verəndə deyirik, Allah qəbul eləsin. Nə isə.

Fikrim başqadı. Adətən, dəfnlərdə molla «Quran» oxuyur, sonra bir «Fatihə»verir , üzünü də tutur camaata deyir:

- Haqqınızı halal edin!

Camaat da xorla:

- Halalı olsun!

Yaşlı adamların, həyatını sürmüş adamların üstündə qohum-əqrəbasından kiminsə haqqı ola bilər, oda haqqını halal edər. Yaxşı.


Amma həmişə bir şey məni bir qədər hövsələdən çıxarır. Nədir məsələ?

18-20 yaşlarında gənclər bu millətinyolunda, bu Vətənin yolunda, sizlərin,bizlərin yolunda şəhid olurlar ki, Vətənyaşasın, bizlər yaşayaq. Barmağımız qanayandabilmirik canımızı hara qoyaq. Amma bu gənclərinbarmaqları qanamayıb ey, bağırları qanayıb, sinələrini bu millət, bu Vətənyolunda, yuxarıda dediyim kimi, düşmən gülləsinə sipər ediblər, canlarını qurban veriblər.

Və dəfnləridi. Molla da üzünü tuturcamaata və deyir:

- Haqqınızı halal edin!

Camaat da xorla:

- Halalı olsun!

Sizin, bizim o şəhidlərin üstündə hansı haqqımız var ki, halal edirik? Heçbir haqqımız yoxdu. Onların bizim üstümüzdəhaqqı var, özü də əvəzolunmaz haqları var. Onlar bizimüçün şəhid olublar, biz onlar üçünyox. Onların üstündə olmayan haqqımızı halal edirik. Vay dədəm, vay. Əslində mollaşəhiddən soruşmalıdı:

- Haqqını halal edirsənmi?

Ayın 3-də Fred Asifin qəbrini ziyarətetdik. Həmin Fəxri Xiyabanda yüzlərləşəhid yatır. Nazim Hikmət demiş, şəhidlərimizi bərəkət toxumu tək basdırmışıqtorpağa, gah Bakıda, gah Naxçıvanda, gah Lənkəranda, gah Qazaxda, Tovuzda, Gəncədə,gah da Ağdamda… Azərbaycanın elə bir şəhəri, qəsəbəsi yoxdur ki, orda şəhid qəbriçiçəkləməsin.

Şəhidlər Xiyabanında FredAsifin qəbri üstündəydik.FredAsif haqqını bizə halal edibmi?! İmam Hüseyndənşəhidlik dərsi almış, İmam Hüseyn məktəbinin yetirmələri olan Allahverdi Bağırov,Şirin Mirzəyev, Ramiz Qəmbərov, Əlif Hacıyev,Vəzir Orucov, Raquf Orucov, Murad Mirzəyev, Mübariz İbrahimov… 20 minə yaxın şəhidimiz görən,haqlarını bizə halal ediblərmi?!

İnanmıram!


TƏQVİM / ARXİV